--:--:-- | 25 İyun 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Yaşıl çəmənliklərin al-qırmızı incisi: İsmayıllıda lalə fəslinin gözəlliyi 🌷

Aysel Əlibəyli 27 May 2026 · 14:10 58 baxış

Yaz aylarında Azərbaycanın bölgələri təbiətin rəngarəng tablosunu xatırladır. Xüsusilə Bakı–Şamaxı–Yevlax avtomobil yolunun İsmayıllı rayonu ərazisindən keçən hissəsində yaşıl taxıl sahələri arasında açan al-qırmızı lalələr bölgəyə valehedici gözəllik qatır. 🌷

Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, yolboyu uzanan bu valehedici mənzərə həm yerli sakinlərin, həm də bölgədən keçən qonaqların diqqətini cəlb edir. Bir çox sürücü və sərnişin avtomobillərini saxlayaraq təbiətin yaratdığı bu gözəlliyi seyr edir, həmin anları telefonları ilə lentə alaraq xoş xatirəyə çevirirlər.Sürücü Sabəli Mirzəyev deyir ki, İsmayıllı ərazisindən keçərkən qarşılaşdığı lalə mənzərəsinə laqeyd qalmaq mümkün deyil: “Yazın ən gözəl görüntülərindən biri məhz burada yaranır. Bu mənzərəni izləmədən və şəkil çəkdirmədən yoluna davam etmək demək olar ki, mümkün deyil”.Bakı–Şamaxı–Yevlax magistralının İsmayıllıdan keçən hissəsində açan lalələr sosial şəbəkələrdə də geniş maraq doğurub. Məhz bu səbəbdən bölgəyə xüsusi “lalə turları” təşkil olunmağa başlanıb. Əsasən Bakı sakinləri həftəsonlarını təbiət qoynunda keçirmək və yazın rəngarəng gözəlliyini yaxından izləmək üçün bu turlara üstünlük verirlər.Paytaxt sakini Arzu Quluyeva bildirib ki, iş həftəsinin yorğunluğunu aradan qaldırmaq və ailəsi ilə xoş vaxt keçirmək üçün “lalə turu”nu seçib: “Yaşıl taxıl sahələrinin arasında açan qırmızı və sarı lalələrin yaratdığı harmoniya insana xüsusi zövq və mənəvi rahatlıq bəxş edir”.Tur rəhbəri Azad İmamquluyev isə vurğulayıb ki, son dövrlərdə təbiətlə iç-içə olan turizm marşrutlarına maraq əhəmiyyətli dərəcədə artıb: “İnsanlar şəhərin səs-küyündən uzaqlaşıb təbiətin sakitliyinə üz tuturlar. Bu səbəbdən mənzərəli ərazilərə təşkil etdiyimiz turların sayı getdikcə çoxalır”.Təbiətin bəxş etdiyi bu gözəllik insanlara xoş əhval yaşatsa da, fermerlər əkin sahələrinin qorunmasının vacibliyini xüsusi qeyd edirlər. Fermer Hikmət Hacısalmanov bəzi şəxslərin məsuliyyətsiz davranışlarının məhsula zərər vurduğunu bildirib: “Şəkil çəkdirmək istəyən bəzi insanlar taxıl sahələrinin içinə daxil olur. Nəticədə əkinlər tapdalanır və məhsula ciddi ziyan dəyir. Vətəndaşlardan xahiş edirik ki, şəkilləri sahələrin kənar hissəsindən çəkərək əkinlərə zərər verməsinlər”.Mütəxəssislər də hesab edirlər ki, təbiətin gözəlliyindən zövq almaqla yanaşı, kənd təsərrüfatına sərf olunan əməyə hörmət etmək və ekoloji tarazlığı qorumaq olduqca vacibdir. Təhlükəsizlik qaydalarına əməl etməklə və əkin sahələrinə ziyan vurmadan bu mənzərələrin dadını çıxarmaq mümkündür.Beləliklə, Bakı–Şamaxı–Yevlax avtomobil yolunun İsmayıllı rayonu ərazisindən keçən hissəsində açan lalələr yaz fəslinin ən parlaq simvollarından birinə çevrilib. Bu rəngarəng görüntü həm turistlərə unudulmaz anlar yaşadır, həm də Azərbaycan təbiətinin zənginliyini və gözəlliyini bir daha nümayiş etdirir. 🌷

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Peskov deyib ki, Ermənistanın Aİİ üzvlüyü ilə bağlı bəzi məqamlar dəqiqləşdirilməlidir.

Next Article

İlk nüvə mühərrikli sualtı qayıqlarını inşa etməyə hazırlaşırlar.

Bəlkə də, sizin üçün maraqlı olar ...;

WUF13 çərçivəsində sərnişin daşımaları uğurla təşkil olunub

Elşən 20 May 2026 · 09:28 52 baxış Azərbaycanın ev sahibliyi etdiyi 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində iştirakçıların daşınması Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən təşkil olunub. Elpress.az-ın Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istiandən […]

15 May – Beynəlxalq İqlim Günü qeyd olunur

Elşən 15 May 2026 · 09:06 47 baxış Mayın 15-i dünyada Beynəlxalq İqlim Günü kimi qeyd edilir. Elpress.az-ın Azərtac-a istanadən verdiyi məlumata əsasən, bu qeyri-rəsmi ekoloji gün meteoroloqların iqlimin mühafizəsi ilə bağlı çağırışlarından sonra formalaşıb. […]

Azərbaycanda temperatur yüksəlir

Aysel Əlibəyli 10 İyun 2026 · 12:45 70 baxış İyunun 11-də Azərbaycanda əsasən isti və yağmursuz hava şəraiti müşahidə olunacaq. Elpress.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən […]