--:--:-- | 17 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

WUF13 çərçivəsində sərnişin daşımaları uğurla təşkil olunub

Elşən 20 May 2026 · 09:28 1154 baxış

Azərbaycanın ev sahibliyi etdiyi 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində iştirakçıların daşınması Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən təşkil olunub.

Elpress.az-ın Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istiandən verdiyi məlumata görə, qonaqların rahat və fasiləsiz hərəkəti üçün “Neoplan” markalı və elektriklə işləyən avtobuslardan istifadə edilir.

Forum iştirakçılarının qarşılanması əsasən Heydər Əliyev Beynəlxalq Aeroportu vasitəsilə həyata keçirilir və oradan HUB məntəqələrinə daşınma təmin olunur.

Tədbir müddətində 9 HUB, 2 son dayanacaq və 67-dən çox aralıq dayanacaq fəaliyyət göstərir.

Məlumata görə, 17–19 may tarixlərində HUB-lar və tədbir məkanı arasında 3 260 reys həyata keçirilib və 56 858 sərnişin daşınıb.

Ümumilikdə 12–19 may dövrünü əhatə edən daşımalar ərzində isə 5 555 reys icra olunub və 68 263 sərnişin xidmətlə təmin edilib.

Bu prosesə 180 avtobus cəlb olunub və ümumi nəqliyyat əməliyyatlarının idarə olunması AYNA-nın Monitorinq Mərkəzi tərəfindən fasiləsiz olaraq izlənilib.

Bütün əməliyyatların həyata keçirilməsində sürücü və inzibati heyət də daxil olmaqla təxminən 1500 nəfər əməkdaş iştirak edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Azeri Light” neftinin qiymətində azalma qeydə alınıb

Next Article

Tarixi Mövsüm: Həsrətlər Bitdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azad edilmiş ərazilərdə minaaxtaran itlərdən istifadə olunacaq

Aysel Əlibəyli 01 Sentyabr 2026 · 15:48 1064 baxış Minaların aşkarlanması üçün Azərbaycana xüsusi təlim keçmiş iki it gətiriləcək Elpress.az xəbər verir ki, İşğaldan azad olunmuş ərazilərdə mina təhlükəsinin daha sürətli aradan qaldırılması və mülki […]

FHN-də “Sülh Aylığı” çərçivəsində tədbir keçirilib

Aysel Əlibəyli 21 Sentyabr 2026 · 16:06 1096 baxış Tədbirdə təhlükəsizlik mədəniyyətinin və fövqəladə hallarla bağlı maarifləndirmənin əhəmiyyəti müzakirə olunub Elpress.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsi və Nazirliyin yanında İctimai Şuranın […]

Əvəzləyici avtobusların gediş haqqı bəlli oldu

Aysel Əlibəyli 04 Avqust 2026 · 14:23 1064 baxış Metroda xətlərin ayrılması başlanır: “Nizami” və “28 May” arasında işləyəcək əvəzləyici avtobuslar ödənişli olacaq Elpress.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC Qırmızı və Yaşıl xətlərin ayrılması […]

Qardaşından “102”yə şikayət edən şəxs həbs olundu

Aysel Əlibəyli 03 Avqust 2026 · 16:01 1076 baxış Qardaşı onu işə aparmadığı üçün polislə zəng edən Sabirabad sakini 8 günlük həbs edildi Elpress.az xəbər verir ki, Sabirabad rayonunun Şıxlar kəndində qeyri-adi hadisə baş verib. […]