--:--:-- | 13 İyun 2026, Şənbə
Son Xəbər
Yüklənir...

WUF13 çərçivəsində sərnişin daşımaları uğurla təşkil olunub

Elşən 20 May 2026 · 09:28 36 baxış

Azərbaycanın ev sahibliyi etdiyi 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində iştirakçıların daşınması Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən təşkil olunub.

Elpress.az-ın Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istiandən verdiyi məlumata görə, qonaqların rahat və fasiləsiz hərəkəti üçün “Neoplan” markalı və elektriklə işləyən avtobuslardan istifadə edilir.

Forum iştirakçılarının qarşılanması əsasən Heydər Əliyev Beynəlxalq Aeroportu vasitəsilə həyata keçirilir və oradan HUB məntəqələrinə daşınma təmin olunur.

Tədbir müddətində 9 HUB, 2 son dayanacaq və 67-dən çox aralıq dayanacaq fəaliyyət göstərir.

Məlumata görə, 17–19 may tarixlərində HUB-lar və tədbir məkanı arasında 3 260 reys həyata keçirilib və 56 858 sərnişin daşınıb.

Ümumilikdə 12–19 may dövrünü əhatə edən daşımalar ərzində isə 5 555 reys icra olunub və 68 263 sərnişin xidmətlə təmin edilib.

Bu prosesə 180 avtobus cəlb olunub və ümumi nəqliyyat əməliyyatlarının idarə olunması AYNA-nın Monitorinq Mərkəzi tərəfindən fasiləsiz olaraq izlənilib.

Bütün əməliyyatların həyata keçirilməsində sürücü və inzibati heyət də daxil olmaqla təxminən 1500 nəfər əməkdaş iştirak edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Azeri Light” neftinin qiymətində azalma qeydə alınıb

Next Article

Tarixi Mövsüm: Həsrətlər Bitdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Dayanıqlı şəhərlərin gələcəyi qlobal əməkdaşlıqdan keçir

Elşən 18 May 2026 · 10:19 23 baxış Müasir dövrdə şəhərlərin üzləşdiyi problemlər dayanıqlı inkişaf məsələsini daha vacib edir. Belə beynəlxalq tədbirlər isə ölkələr və şəhərlər arasında təcrübə və bilik paylaşımını gücləndirən mühüm platforma rolunu […]

ABŞ Şərqi Sakit okeanda şübhəli gəmini vurdu

Elşən 25 Aprel 2026 · 07:01 33 baxış ABŞ Şərqi Sakit okeanda narkotik qaçaqmalçılığı üçün istifadə olunduğu güman edilən bir gəmiyə zərbə endirildiyini açıqlayıb. Qurumun bildirdiyinə görə, kəşfiyyat məlumatları həmin gəminin regionda məşhur qaçaqmalçılıq marşrutları […]

Qəbulun II cəhdi üçün qeydiyyat başladı.

Aysel Əlibəyli 25 May 2026 · 11:48 94 baxış II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin II cəhdi 5 iyul tarixində təşkil olunacaq. Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, […]

Yağışlı və dolulu hava xəbərdarlığı

Aysel Əlibəyli 08 İyun 2026 · 16:37 24 baxış İyunun 9-dan 12-dək gündüz saatlarında Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı və yağışların müəyyən ərazilərdə fasilələrlə davam edəcəyi proqnozlaşdırılır. […]