--:--:-- | 05 Noyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Tarixi Mövsüm: Həsrətlər Bitdi

Elşən 20 May 2026 · 11:38 1163 baxış

Bu sezon futbol dünyasında bir çox klub illərlə davam edən çempionluq həsrətinə son qoydu.
Xüsusilə İngiltərənin məşhur klubu Arsenal uzun illərdən sonra yenidən zirvəyə yüksələrək azarkeşlərinə böyük sevinc yaşatdı.

Elpress.az -ın məlumatına görə, müxtəlif ölkələrdə illərlə çempion ola bilməyən komandalar nəhayət öz tarixlərinə yeni uğur səhifəsi yazdılar.

Ən diqqətçəkən hadisə İngiltərədə baş verdi. Arsenal 22 ildən sonra yenidən Premyer Liqa çempionu oldu. London təmsilçisi sonuncu dəfə 2003/2004 mövsümündə Arsene Vengerin rəhbərliyi altında çempionluq yaşamışdı. Uzun fasilədən sonra əldə olunan bu uğur klub azarkeşləri üçün tarixi an hesab olunur.

Digər ölkələrdə də uzun müddətli həsrətlər sona çatdı:

  • Macarıstanda “Györ” komandası 13 ildən sonra çempion oldu.
  • Rumıniyada “Craiova” 35 illik fasilədən sonra yenidən zirvəyə yüksəldi.
  • Bolqarıstanda “Levski” 17 ildən sonra ölkə çempionu adını qazandı.
  • Norveçdə “Viking” 35 ildən sonra çempionluq sevinci yaşadı.
  • Avstriyada “LASK Linz” tam 61 ildən sonra yenidən ölkə çempionu oldu.
  • Danimarkada “Aarhus” 40 ildən sonra çempionluğa çatdı.
  • İsveçrənin “Thun” klubu 128 illik tarixində ilk dəfə çempion oldu.
  • Azərbaycanda “Sabah” klubu cəmi 8 illik tarixində ilk dəfə ölkə çempionluğunu qazandı.
  • İsveçdə “Mjallby” isə 87 illik klub tarixində ilk dəfə çempion oldu.

Bu nəticələr futbol tarixində nadir mövsümlərdən biri kimi yadda qala bilər. Çünki bir çox ölkədə həm uzun illər çempion ola bilməyən klublar, həm də tarixində ilk dəfə zirvəyə yüksələn komandalar eyni mövsümdə uğur qazandılar. Bu isə futbolun sürprizlərlə dolu olduğunu bir daha göstərdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

WUF13 çərçivəsində sərnişin daşımaları uğurla təşkil olunub

Next Article

WUF13 iştirakçısı: “Azərbaycanın yenidənqurma təcrübəsi digər ölkələr üçün faydalıdır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakıda U-15 dünya çempionatında 189 ölkə təmsil olunur

Aysel Əlibəyli 25 Oktyabr 2026 · 13:44 1072 baxış Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalı dünyanın müxtəlif ölkələrindən gənc futbolçuları bir araya gətirib. Elpress.az xəbər verir ki, oktyabrın 24-də Bakı Kristal Zalında turnirin […]

Borussiya Dortmund” Bakıya gəldi: “Bakı, biz gəldik!”

Aysel Əlibəyli 19 Oktyabr 2026 · 20:38 1088 baxış UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda “Sabah”la qarşılaşacaq Almaniyanın “Borussiya Dortmund” klubu artıq paytaxtdadır. Elpress.az xəbər verir ki, klub Bakıya gəlişini sosial şəbəkə hesabında “Bakı, […]