--:--:-- | 15 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

FHN müxtəlif istiqamətlər üzrə silsilə maarifləndirmə tədbirləri təşkil edib.

Aysel Əlibəyli 14 İyun 2026 · 11:35 1114 baxış

Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirlərinin təşkili həyata keçirilib.

Aidiyyəti qurumların iştirakı ilə fövqəladə hallarla bağlı davranış qaydaları haqqında əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər təşkil olunub.Belə ki, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də qatıldığı tədbirlər Sumqayıt Regional Mərkəzi tərəfindən “Regnum Hotel”də, Abşeron rayonunun Qobu qəsəbəsində yerləşən 11 saylı körpələr evi-uşaq bağçasında, Abşeron Rayon İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat məktəbində və Novxanı kənd 13 saylı uşaq bağçasında, Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Gəncə-Daşkəsən bölməsində, Cənub Regional Mərkəzi tərəfindən Lerik rayonunun N.Muradov adına Günəşli kənd tam orta məktəbində, Şimal Regional Mərkəzi tərəfindən “Siyəzən Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsində və Quba rayonunun Afurca kənd tam orta məktəbində, Qarabağ Regional Mərkəzi tərəfindən Ağcabədi şəhər 8 nömrəli körpələr evi-uşaq bağçasında, Şimal-qərb Regional Mərkəzi tərəfindən Şamaxı rayon Heydər Əliyev Mərkəzində, Aran Regional Mərkəzi tərəfindən isə Goranboy şəhər 1 nömrəli körpələr evi-uşaq bağçasında maarifləndirici görüşlər keçirilib.Tədbirlərin əsas məqsədi mümkün təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış qaydaları barədə əhali arasında maarifləndirməni gücləndirmək, bu istiqamətdə bilik və bacarıqları artırmaq olub.Görüşlərdə fövqəladə halların təsnifatı, ölkə ərazisində daha çox rast gəlinən təbii və texnogen risklər, xüsusilə yanğın və zəlzələ zamanı davranış qaydaları barədə ətraflı məlumat verilib, həmçinin FHN-in “112” qaynar xəttinin təyinatı izah olunub və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları praktik şəkildə nümayiş etdirilib.İnteraktiv formatda keçən tədbirlər zamanı iştirakçıların sualları cavablandırılıb və mövzu üzrə geniş izahlar verilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

9 turnirdə 8 məğlubiyyət qeydə alınıb.

Next Article

Keçmiş arvadı ilə qayınanasını öldürdü.

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Külək güclənir: Əhaliyə sarı xəbərdarlıq edildi

Aysel Əlibəyli 11 İyun 2026 · 17:27 1112 baxış Milli Hidrometeorologiya Xidməti ölkənin bir sıra ərazilərində gözlənilən küləkli hava şəraiti ilə əlaqədar sarı xəbərdarlıq yayıb. Elpress.az xəbər verir ki, iyunun 12-13-də Bakıda və Abşeron yarımadasında, […]

İyunun 24-dən hava dəyişir – yağış, şimşək və dolu ehtimalı var

Aysel Əlibəyli 23 İyun 2026 · 17:14 1098 baxış Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyunun 24-ü axşamdan etibarən Bakıda və Abşeron yarımadasında hava şəraiti qeyri-sabit olacaq. Bildirilib ki, 25-i səhərədək yarımadanın bəzi ərazilərində arabir yağışlar, […]

Sea Breeze-ə yeni ekspres marşrut istifadəyə verilir

Aysel Əlibəyli 17 İyul 2026 · 16:03 1066 baxış AYNA “Koroğlu” ilə Sea Breeze arasında 150E ekspres marşrutunu bərpa edir Elpress.az xəbər verir ki , Yay mövsümündə çimərlik istiqamətində sərnişin sıxlığının artması nəzərə alınaraq paytaxtda […]

İsti havalarda qida zəhərlənməsi riski artır

Aysel Əlibəyli 20 İyul 2026 · 16:47 1076 baxış Həkim isti havalarda təhlükəli qidalarla bağlı xəbərdarlıq edib Elpress.az xəbər verir ki, Son günlər qida zəhərlənməsi ilə bağlı müraciətlərin artdığı bildirilir. Mütəxəssislər isti havalarda düzgün saxlanılmayan […]