--:--:-- | 05 Noyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Sabir Rüstəmxanlının 80 illik yubileyi Dram Teatrında qeyd olundu

Elşən 26 May 2026 · 21:59 1279 baxış

Azərbaycan ədəbiyyatının və ictimai fikrinin görkəmli nümayəndələrindən biri olan Sabir Rüstəmxanlının 80 illik yubileyi münasibətilə paytaxtda təntənəli tədbir keçirilib. Yubiley gecəsi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında təşkil olunub və tədbirdə tanınmış elm, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Elpress.az-ın məlumatına əsasən, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra böyük şairin həyat və yaradıcılıq yolundan bəhs edən videoçarx nümayiş etdirilib. Videoçarxda Sabir Rüstəmxanlının Azərbaycan ədəbiyyatına verdiyi töhfələr, milli düşüncənin formalaşmasındakı rolu, həmçinin ictimai-siyasi fəaliyyəti ətraflı şəkildə təqdim olunub.

Çıxış edənlər qeyd ediblər ki, Sabir Rüstəmxanlı yalnız şair və yazıçı kimi deyil, həm də milli dəyərlərin qorunması və Azərbaycançılıq ideyasının təbliği istiqamətində mühüm xidmətlər göstərən ziyalı kimi tanınır. Bildirilib ki, onun əsərlərində vətən sevgisi, azadlıq ruhu, milli birlik və mənəvi dəyərlər əsas yer tutur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkənin ictimai-siyasi və ədəbi-mədəni həyatındakı uzunmüddətli xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif olunub. Qeyd edilib ki, bu ali mükafat Sabir Rüstəmxanlının Azərbaycan dövlətçiliyinə, milli ədəbiyyata və ictimai fikir tariximizə verdiyi töhfələrin yüksək qiymətləndirilməsinin göstəricisidir.

Yubiley tədbirində xalq şairləri, yazıçılar, millət vəkilləri, mədəniyyət xadimləri və gənc ədiblər çıxış edərək yubilyarı təbrik edib, onun Azərbaycan ədəbiyyatındakı xidmətlərindən danışıblar. Qeyd olunub ki, Sabir Rüstəmxanlının poeziyası müxtəlif nəsillər üçün mənəvi məktəb rolunu oynayır.

Gecədə şairin sözlərinə bəstələnmiş mahnılar səsləndirilib, aktyorlar tərəfindən onun şeirlərindən parçalar təqdim olunub. Teatr səhnəsində nümayiş olunan kompozisiyalar tamaşaçılar tərəfindən böyük maraq və alqışla qarşılanıb.

Tədbirin sonunda Sabir Rüstəmxanlı çıxış edərək ona göstərilən diqqət və ehtirama görə minnətdarlığını bildirib. Sabir Rüstəmxanlı qeyd edib ki, ömrünü Azərbaycan ədəbiyyatına və milli düşüncənin inkişafına həsr etmək onun üçün ən böyük qürur mənbəyidir.

80 illik yubiley gecəsi Azərbaycan mədəniyyətinə və ədəbiyyatına həsr olunan unudulmaz tədbirlərdən biri kimi yadda qalıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Leyla Əliyeva Lənkəranda “Yaşıl çay” adlı fermer təsərrüfatına baş çəkərək onun fəaliyyəti ilə tanış olub.

Next Article

Hörmüz boğazında gərginlik davam edir — İran açıqladı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Küçədə və parkda siqaret çəkmək olarmı?

Aysel Əlibəyli 30 İyun 2026 · 18:23 1164 baxış Siqaret istifadəsi ilə bağlı qanunvericilikdə müəyyən edilən məhdudiyyətlər vətəndaşlar arasında tez-tez suallar yaradır. Xüsusilə açıq məkanlarda — küçə və parklarda tütün məmulatlarından istifadənin mümkün olub-olmaması maraq […]

II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirildi

Aysel Əlibəyli 05 İyul 2026 · 17:36 1160 baxış Dövlət İmtahan Mərkəzi ölkənin müxtəlif şəhər və rayonlarında II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanını təşkil edib. İmtahanda on minlərlə abituriyent iştirak […]

DOST Mərkəzi və filiallarında 360-dək benefisiar təlim alır

Aysel Əlibəyli 02 Sentyabr 2026 · 16:54 1116 baxış Həssas qruplardan olan şəxslər 14 istiqamət üzrə bacarıqlarını inkişaf etdirirlər Elpress.az xəbər verir ki, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və onun filiallarında hazırda 360-dək benefisiar […]