--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Dövlət qurumlarında 16 vakansiya üzrə müsahibə elan edildi

Aysel Əlibəyli 05 İyun 2026 · 15:37 1318 baxış

İyunun 5-də 8 dövlət orqanı üzrə inzibati vəzifələrin 2–4-cü təsnifatlarına uyğun 16 vakansiyanın tutulması məqsədilə daxili müsahibə elan edilib.

İyunun 5-də 8 dövlət orqanı üzrə inzibati vəzifələrin 2–4-cü təsnifatlarına uyğun ümumilikdə 16 vakansiyanın tutulması məqsədilə daxili müsahibə elan olunub. Müsahibəyə çıxarılan vəzifələrdən 4-ü ikinci, 11-i üçüncü, 1-i isə dördüncü təsnifata aiddir. Ən yüksək vəzifə isə Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinin direktoru vəzifəsidir.Qanunvericiliyin tələblərinə uyğun olaraq, müsahibə üzrə sənəd qəbulu yalnız elektron qaydada həyata keçiriləcək. Bu yanaşma vətəndaşların prosesə daha rahat çıxışını təmin etməklə yanaşı, vaxt itkisini və əlavə maliyyə xərclərini minimuma endirməyə, eyni zamanda Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən xidmətlərin daha operativ və əlçatan olmasına şərait yaradır.Daxili müsahibədə yalnız vəzifənin tutulması üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları iştirak hüququ qazanır. Namizədlər iyunun 5-dən 19-dək saat 18:00-dək Dövlət İmtahan Mərkəzinin rəsmi internet portalına daxil olaraq “Dövlət qulluğu üzrə müraciət Forması”nı elektron qaydada doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Zakir Fərəcov səyyar görüş təşkil edib.

Next Article

Çempionlara rəsmi təbrik: Sevinc dalğası

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycanda 4 ayda 21 mindən çox ölüm qeydə alınıb

Aysel Əlibəyli 18 İyun 2026 · 14:05 1176 baxış Bu ilin yanvar-aprel aylarında ölkə üzrə 21 277 ölüm halı rəsmiləşdirilib. Elpress.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilib.Məlumata əsasən, ötən ilin […]

Naxçıvanın Əməkdar jurnalisti Məhəbbət Mirzəyeva vəfat edib

Aysel Əlibəyli 11 Oktyabr 2026 · 16:33 1076 baxış Uzun illər mətbuat sahəsində çalışan, “Şərq qapısı” qəzetinin məsul katibi Məhəbbət Mirzəyeva dünyasını dəyişib. Elpress.az xəbər verir ki, bu barədə “Report” məlumat yayıb. Məhəbbət Mirzəyeva jurnalistikadakı […]

HHM bölmələrinin yeni hərbi obyektləri istifadəyə verilib

Aysel Əlibəyli 05 Avqust 2026 · 11:08 1094 baxış Elpress.az xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyinin rəhbər heyəti Hava Hücumundan Müdafiə (HHM) bölmələrinin istifadəsinə verilən yeni hərbi obyektlərə baxış keçirib. Məlumata görə, Azərbaycan Respublikasının Prezidenti, […]

☀️ İlin ən uzun gündüzü və ən qısa gecəsi

Aysel Əlibəyli 21 İyun 2026 · 20:07 1176 baxış Bu gün ölkədə ilin ən uzun gündüzü və ən qısa gecəsi müşahidə olunur. Yay fəslinin başlanğıcı iyunun 21-i saat 12:24-də qeydə alınıb və bu an yay […]