--:--:-- | 05 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Səbinə Əliyevanın Ombudsman kimi 7 illik fəaliyyəti yekunlaşır

Aysel Əlibəyli 04 Oktyabr 2026 · 13:22 1026 baxış

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili postunda dəyişikliklə bağlı proses yaxın aylarda gündəmə gələ bilər.

Hazırkı Ombudsman Səbinə Əliyevanın 7 illik səlahiyyət müddəti bu ilin noyabrında tamamlanır. O, 2019-cu il noyabrın 29-da Milli Məclisin qərarı ilə bu vəzifəyə seçilib.

Qanunvericilik Ombudsmanın fəaliyyət müddətini 7 illə məhdudlaşdırır. Eyni şəxsin Müvəkkil vəzifəsinə ən çox iki dəfə seçilməsi mümkündür.

Bununla yanaşı, yeni Ombudsman səlahiyyət müddətinin başa çatdığı gün seçilməzsə, hazırkı Müvəkkil yeni təyinatadək fəaliyyətini davam etdirə bilər. Bu halda onun səlahiyyətləri yeni Ombudsmanın seçildiyi tarixdə başa çatır.

Məsələnin gündəmə gəldiyi bir vaxtda Ombudsmanın əməkhaqqı ilə bağlı da mühüm qərar qəbul edilib. Milli Məclisin sentyabrın 30-da keçirilən iclasında Müvəkkilin aylıq vəzifə maaşının 3 060 manatdan 12 min manatadək artırılmasını nəzərdə tutan qanun layihəsi ikinci oxunuşda təsdiqlənib.

Beləliklə, noyabr ayında həm Səbinə Əliyevanın Ombudsman kimi fəaliyyətinin 7 ili tamamlanacaq, həm də növbəti Müvəkkilin seçilməsi məsələsi diqqət mərkəzində olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Cəbrayıl bizimdir!” – 4 oktyabr Azərbaycanın yaddaşına yazılan tarixi gün

Next Article

Qubada yol çökdü: hərəkət və əlaqə kəsildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Rəşad İbadov Balaxanı neftçiləri ilə müzakirə aparıb

Aysel Əlibəyli 15 İyul 2026 · 18:13 1072 baxış ADA Universitetinin Hüquq fakültəsinin dekanı Rəşad İbadov hasilat şirkətlərinin nümayəndələri ilə vətəndaşların konstitusion hüquq və vəzifələrinə həsr olunmuş görüş keçirib. Elpress.az xəbər verir ki, Müzakirədə Konstitusiyanın […]

Sabah Ay tutulması baş verəcək

Aysel Əlibəyli 27 Avqust 2026 · 17:38 1068 baxış Avqustun 28-də Ay tutulması müşahidə olunacaq, gələn il isə Günəş tutulması gözlənilir Elpress.az xəbər verir ki, Avqustun 28-də ilin son tutulma hadisəsi olan Ay tutulması baş […]

Sabah yağışlı hava gözlənilir

Aysel Əlibəyli 30 Avqust 2026 · 12:43 1052 baxış Bakıda leysan və güclü külək, rayonlarda isə dolu ehtimalı var Elpress.az xəbər verir ki, Avqustun 31-də Azərbaycanda hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, […]

Hövsanda suyun verilişində fasilə olacaq

Aysel Əlibəyli 31 Avqust 2026 · 17:42 1046 baxış Qəzanın aradan qaldırılması ilə əlaqədar Hövsan kəndində su təchizatı müvəqqəti dayandırılacaq Elpress.az xəbər verir ki, Hövsan kəndini içməli su ilə təmin edən su xəttində baş vermiş […]