Ekoloq : Telefon proqramlarının proqnozları ehtimallara dayanır, dəqiq məlumat 2-3 gün qalmış məlum olur
Elpress.az xəbər verir ki, Telefon hava tətbiqlərində növbəti günlərdə Bakıda yağış yağacağı ilə bağlı göstəricilərin yayılması fonunda ekoloq Arzu Mustafayev məsələyə münasibət bildirib. Mütəxəssisin sözlərinə görə, hava proqnozu nisbi və lokal xarakter daşıdığı üçün uzunmüddətli tətbiq göstəriciləri ehtimal xarakterlidir və yalnız 2-3 gün qalmış verilən proqnozların doğruluq faizi 80-90%-dən yuxarı olur. O, həmçinin yay aylarında 40-45 dərəcə istilərlə yanaşı, atmosfer cəbhələrinin toqquşması, siklonlar və ya rütubətin kondensasiyası nəticəsində qısamüddətli yağışların, temperaturun 5-10 dərəcə düşməsinin normal təbiət hadisəsi olduğunu vurğulayıb.


