--:--:-- | 24 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Qusarda 18 küçə yenilənir

Aysel Əlibəyli 05 Sentyabr 2026 · 11:47 1064 baxış

Qusar şəhərində küçələrin asfaltlanması və yol infrastrukturunun yaxşılaşdırılması davam etdirilir

Elpress.az xəbər verir ki, Qusar şəhərində yol infrastrukturunun yenilənməsi ilə bağlı əsaslı təmir işləri həyata keçirilir.İşlər çərçivəsində Asəf Mehman, Aşıq Nüsrət, Nəsimi, Kərim Kərimov və Müslüm Murtuzayev küçələrində asfaltlanma artıq tamamlanıb. Təmir zamanı yolların hərəkət hissəsinin genişləndirilməsi, küçələrin abadlaşdırılması və nəqliyyatın daha rahat hərəkəti üçün şəraitin yaxşılaşdırılması nəzərdə tutulub.Görülən işlərin müasir standartlara uyğun aparılması şəhərdə yol hərəkətinin təhlükəsizliyinin artırılmasına və ümumi şəhər görünüşünün yaxşılaşdırılmasına xidmət edir.Artıq Asəf Mehman küçəsində 2 200, Aşıq Nüsrət küçəsində 6 300, Kərim Kərimov küçəsində 3 720, Müslüm Murtuzayev küçəsində isə 6 600 kvadratmetr yeni asfalt örtüyü salınıb.Cari il ərzində Qusar şəhərində ümumilikdə 18 küçədə əsaslı təmir və asfaltlanma işlərinin aparılması planlaşdırılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Naxçıvanda 73 sosial xidmət elektron qaydada göstərilir

Next Article

FHN-də könüllü qanvermə aksiyası keçirilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bu gün Beynəlxalq Qeyri-zorakılıq Günüdür

Aysel Əlibəyli 02 Oktyabr 2026 · 06:29 1118 baxış Bu gün – oktyabrın 2-si dünyada Beynəlxalq Qeyri-zorakılıq Günü kimi qeyd olunur. Elpress.az xəbər verir ki, bu əlamətdar gün Birləşmiş Millətlər Təşkilatının qərarı ilə təsis edilib. […]

FHN-dən çimərliyə gedənlərə vacib xəbərdarlıq

Aysel Əlibəyli 06 İyul 2026 · 19:02 1116 baxış Külək güclənir: FHN dənizə üz tutacaq vətəndaşlara mühüm çağırış etdi Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda və Abşeron yarımadasında gözlənilən küləkli hava şəraiti ilə əlaqədar çimərliklərə üz […]

Şəhid anası qızına böyrəyini bağışladı

Aysel Əlibəyli 24 İyul 2026 · 16:09 1084 baxış Şəhid anası qızının həyatı üçün donor olaraq böyrəyini verdi Elpress.az xəbər verir ki, 44 günlük Vətən müharibəsində övladını itirən şəhid anası qızının sağlamlığı üçün donor olaraq […]