--:--:-- | 08 Oktyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

FHN-dən çimərliyə gedənlərə vacib xəbərdarlıq

Aysel Əlibəyli 06 İyul 2026 · 19:02 1102 baxış

Külək güclənir: FHN dənizə üz tutacaq vətəndaşlara mühüm çağırış etdi

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda və Abşeron yarımadasında gözlənilən küləkli hava şəraiti ilə əlaqədar çimərliklərə üz tutmağı planlaşdıran vətəndaşlara mühüm xəbərdarlıq edib.Nazirlik bildirib ki, iyulun 7-8-də paytaxt və Abşeron ərazisində güclü küləyin müşahidə olunacağı proqnozlaşdırılır. Bu səbəbdən küləkli hava şəraitində dənizə daxil olmaq həyat və sağlamlıq üçün ciddi təhlükə yarada bilər.FHN vətəndaşları təhlükəsizlik qaydalarına ciddi əməl etməyə, hava şəraiti əlverişsiz olduğu müddətdə dənizə girməməyə və öz həyatlarını riskə atmamağa çağırıb. Bildirilib ki, belə hava şəraitində ehtiyatsız davranış xoşagəlməz hadisələrə səbəb ola bilər.Nazirlik həmçinin hər hansı fövqəladə hadisə və ya təhlükə ilə üzləşən şəxslərə vaxt itirmədən 112 qaynar xəttinə zəng edərək aidiyyəti qurumlara məlumat verməyi tövsiyə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Rusiya-Ukrayna savaşında sülh siqnalı: Tərəflər münaqişəni bitirmək istəyir

Next Article

Ramiz İdrisoğluya yeni vəzifə verildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Hərbi xidmətə yararlılıqda diş sayı da nəzərə alınacaq

Aysel Əlibəyli 23 İyul 2026 · 13:38 1112 baxış Dişlərin sayı və çeynəmə funksiyasının pozulması çağırışçının hərbi xidmətə yararlılıq dərəcəsinə təsir edir. Elpress.az xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bildirib […]

Hadrut və Tuğ yenidənqurma layihələri

Aysel Əlibəyli 14 May 2026 · 18:02 1128 baxış Hadrut və Tuğ qəsəbələrində həyata keçirilən bərpa və yenidənqurma layihələri ilə əlaqədar toplantı baş tutub. Hadrut qəsəbəsi və Tuğ kəndində həyata keçirilən bərpa və yenidənqurma prosesləri […]

FHN Bilgəh Kardioloji Sanatoriyasında təlim keçirib

Aysel Əlibəyli 22 Avqust 2026 · 11:39 1058 baxış Sanatoriyada fövqəladə hallar zamanı təxliyə və yanğınla mübarizə üzrə praktiki məşğələ təşkil olunub Elpress.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Bakı şəhərinin […]

Hörmüz boğazı qlobal narahatlıq yaratdı

Aysel Əlibəyli 30 May 2026 · 00:28 1192 baxış Beynəlxalq Enerji Agentliyi (IEA), Beynəlxalq Valyuta Fondu (IMF), Dünya Bankı (WB) və Ümumdünya Ticarət Təşkilatının (WTO) rəhbərləri Hörmüz boğazındakı vəziyyətlə bağlı birgə xəbərdarlıq yayıblar. Elpress.az Azərtac-a […]