Bu gün – oktyabrın 2-si dünyada Beynəlxalq Qeyri-zorakılıq Günü kimi qeyd olunur.
Elpress.az xəbər verir ki, bu əlamətdar gün Birləşmiş Millətlər Təşkilatının qərarı ilə təsis edilib. Günün oktyabrın 2-də qeyd olunması təsadüfi deyil. Belə ki, bu tarix Hindistanın müstəqillik hərəkatının liderlərindən olan Mahatma Qandinin doğum gününə təsadüf edir.
Beynəlxalq Qeyri-zorakılıq Gününün əsas məqsədi münaqişələrin və problemlərin zorakılıq yolu ilə deyil, dialoq, qarşılıqlı hörmət və sülh yolu ilə həll edilməsinin əhəmiyyətinə diqqət çəkməkdir.
Bu gün münasibətilə dünyanın müxtəlif ölkələrində sülh, insan hüquqları və zorakılığın qarşısının alınmasına həsr olunan maarifləndirici tədbirlər keçirilir.
Qeyd edək ki, 2 oktyabr Azərbaycanda rəsmi bayram və qeyri-iş günü hesab olunmur.


