--:--:-- | 24 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Otman Bozdağda 12-ci püskürmə baş verib

Aysel Əlibəyli 26 Sentyabr 2026 · 14:53 1090 baxış

Palçıq vulkanında güclü alovlanma müşahidə olunub

Elpress.az xəbər verir ki, Abşeron rayonu ərazisində yerləşən Otman Bozdağ palçıq vulkanında sentyabrın 26-da səhər saatlarında növbəti püskürmə qeydə alınıb. Bu, vulkanın müşahidə olunan 12-ci püskürməsidir.Yer elmləri üzrə elmlər doktoru, laboratoriya müdiri Orxan Abbasov bildirib ki, Otman Bozdağ dünyanın ən iri və aktiv palçıq vulkanlarından biri hesab olunur.Onun sözlərinə görə, vulkan son illərdə də aktivliyi ilə diqqət çəkib. Otman Bozdağ 2017, 2018 və 2025-ci illərdə püskürüb. Əvvəlki hadisələrdə olduğu kimi, son püskürmə də güclü alovlanma ilə müşayiət olunub. 2025-ci ildə baş verən püskürmə zamanı alov sütununun hündürlüyü təxminən 1000 metrə çatıb.Orxan Abbasov qeyd edib ki, Elm və Təhsil Nazirliyinin Geologiya İnstitutu Azərbaycanda palçıq vulkanizmi üzrə fundamental tədqiqatlar aparan əsas elmi-tədqiqat müəssisəsidir.Alim bildirib ki, püskürmələrin ətraflı qiymətləndirilməsi məqsədilə hadisədən sonra əraziyə elmi ekspedisiya təşkil olunur. Hazırda vulkanın yeni püskürməsi səbəbindən ərazidə araşdırma aparmaq imkanları məhduddur. Müvafiq şərait yarandıqdan sonra mütəxəssislərin iştirakı ilə ekspedisiyanın keçirilməsi planlaşdırılır.Ekspedisiya zamanı püskürmənin əsas göstəriciləri, püskürmə nəticəsində yaranan materialların yayılma xüsusiyyətləri araşdırılacaq və hadisəyə elmi qiymət veriləcək. Tədqiqatların yekunlarına əsasən püskürmə ilə bağlı əlavə məlumatların təqdim olunacağı bildirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bolqarıstanda Anım Günü qeyd olunub

Next Article

Prezident İlham Əliyevdən 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Sabah Bakıda 30, rayonlarda 33 dərəcə isti olacaq

Aysel Əlibəyli 12 Sentyabr 2026 · 16:02 1054 baxış Sentyabrın 13-də bəzi dağlıq ərazilərdə yağış, şimşək və dolu gözlənilir Elpress.az xəbər verir ki, Sentyabrın 13-də Azərbaycanda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.Bakıda və Abşeron yarımadasında […]

FHN sürücülərə müraciət edib

Aysel Əlibəyli 18 Sentyabr 2026 · 11:51 1084 baxış Nazirlik xüsusi təyinatlı avtomobillərin hərəkətinə mane olmamağa çağırıb Elpress.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi şəhər yollarında yaranan sıxlıqla əlaqədar avtomobil sürücülərinə müraciət edib.Nazirlikdən bildirilib ki, […]

Samuxda qarayara ilə bağlı 9 nəfər izolyasiya edilib

Aysel Əlibəyli 13 Avqust 2026 · 21:15 1068 baxış Xəstə heyvanla təmasda olan şəxslər tibbi müşahidəyə götürülüb Elpress.az xəbər verir ki, Samux rayonunda qeydə alınan qarayara hadisəsi ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən tədbirlər görülür.Səhiyyə Nazirliyi, […]

Sabah Bakıda yağış, rayonlarda dolu gözlənilir

Aysel Əlibəyli 29 Avqust 2026 · 15:39 1070 baxış Paytaxtda axşam leysan ehtimalı var, bölgələrdə temperatur 35 dərəcəyədək yüksələcək Elpress.az xəbər verir ki, Avqustun 30-u üçün Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, […]