--:--:-- | 16 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Sabah Bakıda yağış, rayonlarda dolu gözlənilir

Aysel Əlibəyli 29 Avqust 2026 · 15:39 1064 baxış

Paytaxtda axşam leysan ehtimalı var, bölgələrdə temperatur 35 dərəcəyədək yüksələcək

Elpress.az xəbər verir ki, Avqustun 30-u üçün Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakı və Abşeron yarımadasında gün ərzində hava dəyişkən buludlu olacaq və əsasən yağıntı müşahidə edilməyəcək. Lakin axşam saatlarından bəzi ərazilərdə yağış yağacağı, gecəyə doğru isə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv leysan və şimşək ehtimalının olduğu bildirilir. Şimal-qərb küləyi arabir güclənəcək.Paytaxtda gecə temperaturu 22-25°, gündüz 27-29° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək.Ölkənin şimal və qərb rayonlarından başlayaraq bəzi ərazilərdə yağış yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli və intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal edilir. Dağlıq ərazilərdə gecə və səhər saatlarında duman müşahidə oluna bilər.Rayonlarda havanın temperaturu gecə 19-24°, gündüz 31-35° isti, dağlıq ərazilərdə isə gecə 12-17°, gündüz 20-25° isti olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakıda 21 avtobus marşrutunun sxemi dəyişdirilib

Next Article

Bir gündə 48 şübhəli saxlanılıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Dövlət qurumlarında 16 vakansiya üzrə müsahibə elan edildi

Aysel Əlibəyli 05 İyun 2026 · 15:37 1308 baxış İyunun 5-də 8 dövlət orqanı üzrə inzibati vəzifələrin 2–4-cü təsnifatlarına uyğun 16 vakansiyanın tutulması məqsədilə daxili müsahibə elan edilib. İyunun 5-də 8 dövlət orqanı üzrə inzibati […]

Azərbaycanda siqaretlərdə qiymət artımı gözlənilir

Aysel Əlibəyli 06 İyun 2026 · 11:52 1180 baxış Ölkədə tütün məmulatlarının satış qiymətində dəyişiklik qeydə alınıb. Elpress.az xəbər verir ki, siqaretlərin pərakəndə satış qiymətində təxminən 30 qəpik civarında artım müşahidə olunur. Qiymət dəyişikliklərinin əsas […]

“Gənclik Mall”da xəbərdarlıq sistemi işə düşüb

Aysel Əlibəyli 08 Sentyabr 2026 · 16:33 1052 baxış Ticarət mərkəzindəki xəbərdarlıq sisteminin texniki xəta səbəbindən aktivləşdiyi bildirilib Elpress.az xəbər verir ki, “Gənclik Mall” ticarət mərkəzində xəbərdarlıq sistemi texniki nasazlıq səbəbindən qısa müddətə işə düşüb.Hadisə […]