Xəzər dənizinin Azərbaycan sektorunda, “Sea Breeze” ərazisində inşa edilən “Royale Casino”nun gələn ilin mayında fəaliyyətə başlaması planlaşdırılır.
Elpress.az xəbər verir ki, bu barədə layihənin təsisçisi və “Agalarov Development” şirkətinin prezidenti Emin Ağalarov məlumat verib. Onun sözlərinə görə, tikinti işləri sürətlə davam etdirilir.
90 min kvadratmetr sahəni əhatə edəcək kompleks süni yarımadada yerləşəcək. Binanın hündürlüyü 35 metr nəzərdə tutulub. Layihəyə 12 VIP zalı və beynəlxalq poker turnirlərinin təşkili üçün əsas zal daxildir.
Məlumata görə, kazinoya 21 yaşına çatmamış şəxslərin girişinə icazə verilməyəcək.


