Azərbaycan Prezidenti İlham Əliyev 27 Sentyabr – Anım Günü ilə əlaqədar sosial media hesabında paylaşım edib.
Elpress.az xəbər verir ki, dövlət başçısının paylaşımında 27 Sentyabr – Anım Günü ilə bağlı xüsusi hazırlanmış görüntü yer alıb.Paylaşımda Vətən müharibəsi zamanı işğaldan azad edilən ərazilərin adlarının əks olunduğu abidə-kompleksinin görüntüsü təqdim edilib.
Qeyd edək ki, 27 Sentyabr Azərbaycanda Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsinin yad edildiyi Anım Günü kimi qeyd olunur.


