--:--:-- | 05 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Bolqarıstanda Anım Günü qeyd olunub

Aysel Əlibəyli 26 Sentyabr 2026 · 14:50 1058 baxış

Azərbaycanın Bolqarıstandakı səfirliyində şəhidlərin xatirəsi yad edilib

Elpress.az xəbər verir ki, 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycanın Bolqarıstandakı səfirliyində tədbir təşkil olunub. Tədbirin əvvəlində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbirdə Azərbaycanın Bolqarıstandakı səfiri Elmar Məmmədov Anım Gününün xalqın tarixində xüsusi əhəmiyyət daşıdığını bildirib. O, Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq və peşəkarlıqdan danışıb.Çıxışlarda 2020-ci il Vətən müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünün, 2023-cü ildə keçirilən antiterror tədbirlərindən sonra isə ölkənin suverenliyinin tam bərpa edildiyi qeyd olunub.Həmçinin işğaldan azad edilmiş ərazilərə keçmiş məcburi köçkünlərin qayıdışının təmin edilməsi, Qarabağ və Şərqi Zəngəzurda mina təhlükəsinin aradan qaldırılması, eləcə də genişmiqyaslı bərpa və yenidənqurma layihələri barədə məlumat verilib. Bildirilib ki, bölgədə müasir infrastrukturun yaradılması, şəhər və kəndlərin yenidən qurulması və dayanıqlı yaşayış şəraitinin təmin edilməsi istiqamətində işlər davam etdirilir.Tədbirdə Bolqarıstanda yaşayan Azərbaycan icmasının nümayəndəsi Sabir Quliyev də çıxış edib. O, Anım Gününün mənəvi və tarixi əhəmiyyətindən, şəhidlərin xatirəsinin daim ehtiramla yad edilməsinin vacibliyindən danışıb.Daha sonra Azərbaycan Ordusunun Vətən müharibəsindəki fəaliyyətindən bəhs edən “BİZ” sənədli filmi nümayiş etdirilib.Tədbirdə Bolqarıstandakı Azərbaycan icmasının üzvləri və bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər. Sonda şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq ehsan süfrəsi təşkil olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

FHN-də Anım Gününə həsr olunmuş tədbirlər keçirilib

Next Article

Otman Bozdağda 12-ci püskürmə baş verib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Kanadada Anım Günü: şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Aysel Əlibəyli 01 Oktyabr 2026 · 21:58 1052 baxış Kanadanın müxtəlif şəhərlərində yaşayan azərbaycanlılar 27 Sentyabr – Anım Günü münasibətilə Vətən uğrunda həyatını itirən şəhidlərimizin xatirəsini yad ediblər. Elpress.az xəbər verir ki, Toronto şəhərindəki Azərbaycan […]

“Qarabağ Tallin” Brüsseldən gümüş medalla döndü

Aysel Əlibəyli 08 İyun 2026 · 15:50 1228 baxış Belçikanın paytaxtı Brüsseldə təşkil olunan III Beynəlxalq “Suqovuşan” minifutbol turnirinə yekun vurulub. Müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların və digər xalqların nümayəndələrinin formalaşdırdığı həvəskar komandaların qatıldığı yarışda 24 […]

Azərbaycanlı yazıçının pyesi Rusiyada beynəlxalq müsabiqənin qalibi olub

Aysel Əlibəyli 18 İyun 2026 · 16:48 1191 baxış Azərbaycanlı yazıçı Vüqar Haqverdiyevin “Pis uşaqlar planeti” pyesi əsasında hazırlanan “Düzəlmə planetinə səyahət” tamaşası Rusiyada keçirilən beynəlxalq teatr müsabiqəsində yüksək nəticə əldə edib. Elpress.az Kulis.az-a istinadən […]