--:--:-- | 27 İyun 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Moped sürücüləri üçün yeni qaydalar qüvvəyə minir

Aysel Əlibəyli 04 İyun 2026 · 21:23 101 baxış

Azərbaycanda mopedlərin istismarı ilə bağlı tələblərin sərtləşdirilməsi nəzərdə tutulur.

Yeni dəyişikliklərə əsasən, bu nəqliyyat vasitələrinin sahibləri bir sıra əlavə öhdəlikləri yerinə yetirməli olacaqlar.Elpress.az FED.az-a istinadən xəbər verir ki, məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan qanunvericilik dəyişikliklərində əksini tapıb.Təklif olunan yeniliklərə görə, mopedlər dövlət qeydiyyatına alınacaq, onlara qeydiyyat nişanı veriləcək və müvafiq qeydiyyat sənədi təqdim olunacaq. Həmçinin bu nəqliyyat vasitələrini idarə etmək istəyən şəxslərdən A1 kateqoriyası üzrə sürücülük vəsiqəsi tələb ediləcək.Qanun layihəsində moped sürücülərinin də digər nəqliyyat vasitələrinin sürücüləri kimi yol hərəkəti qaydalarına dair müəyyən öhdəliklər daşıması nəzərdə tutulur.Bundan başqa, qeydiyyata alınmış mopedlər üçün icbari sığorta tətbiq ediləcək. Eyni zamanda, onların mütəmadi texniki baxışdan keçirilməsi də məcburi olacaq.Layihədə müxtəlif xidmətlər üzrə dövlət rüsumları da müəyyənləşdirilib. Belə ki, texniki baxış üçün 15 manat, dövlət qeydiyyatı üçün 10 manat, qeydiyyat nişanının verilməsinə görə 15 manat ödəniş nəzərdə tutulur. A1 kateqoriyalı sürücülük vəsiqəsinin alınması və ya dəyişdirilməsi 30 manata başa gələcək. İmtahan üçün 40 manat, təkrar imtahan üçün isə 20 manat rüsum müəyyən edilib.Dəyişikliklərə əsasən, mopedlər avtomobil yollarından istifadə edən nəqliyyat vasitələri sırasına daha geniş şəkildə daxil ediləcək və onların yol hərəkəti sistemində hüquqi statusu daha dəqiq tənzimlənəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

BƏƏ-də tutulan şəxs ölkəyə təhvil verildi

Next Article

Azərbaycanın Müstəqillik Günü Dominikanda qeyd edilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Hadrut və Tuğ yenidənqurma layihələri

Aysel Əlibəyli 14 May 2026 · 18:02 46 baxış Hadrut və Tuğ qəsəbələrində həyata keçirilən bərpa və yenidənqurma layihələri ilə əlaqədar toplantı baş tutub. Hadrut qəsəbəsi və Tuğ kəndində həyata keçirilən bərpa və yenidənqurma prosesləri […]

WUF13 Türkiyə mediasının diqqət mərkəzində

Elşən 18 May 2026 · 07:32 48 baxış Türkiyənin aparıcı televiziya kanalları, xəbər portalları, informasiya agentlikləri və çap mediası Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) barədə geniş reportajlar yayımlayıb. Materiallarda forumun beynəlxalq əhəmiyyəti və qlobal […]

Prezidentə təbrik mesajları göndərilir

Aysel Əlibəyli 26 May 2026 · 17:12 103 baxış Malayziya Kralı Sultan İbrahim Prezident İlham Əliyevə təbrik məktubu göndərib. Elpress.az-ın Qafqazinfo-a istinadən verdiyi məlumata görə, məktubda Azərbaycanın müstəqilliyinin 108-ci ildönümü münasibətilə Prezident İlham Əliyevə və […]

GDT peyvəndi hansı xəstəliklərdən qoruyur?

Aysel Əlibəyli 10 İyun 2026 · 19:16 80 baxış GDT peyvəndi uşaqları üç təhlükəli yoluxucu xəstəlikdən – göyöskürək, tetanus və difteriyadan qoruyur. Mütəxəssislər bu xəstəliklərin qarşısının alınmasında peyvəndlənmənin ən effektiv vasitə olduğunu bildirirlər. Göyöskürək Göyöskürək […]