--:--:-- | 28 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

GDT peyvəndi hansı xəstəliklərdən qoruyur?

Aysel Əlibəyli 10 İyun 2026 · 19:16 1188 baxış

GDT peyvəndi uşaqları üç təhlükəli yoluxucu xəstəlikdən – göyöskürək, tetanus və difteriyadan qoruyur. Mütəxəssislər bu xəstəliklərin qarşısının alınmasında peyvəndlənmənin ən effektiv vasitə olduğunu bildirirlər.

Göyöskürək Göyöskürək tənəffüs yollarının yüksək yoluxuculuğa malik infeksion xəstəliyidir. Xəstəliyin əsas əlaməti tutmaşəkilli, güclü öskürəkdir. Xüsusilə 2 yaşdan kiçik uşaqlar üçün ciddi təhlükə yaradır.İnkubasiya dövrü adətən 7-14 gün davam edir və infeksiya hava-damcı yolu ilə yayılır. Öskürək tutmaları bəzən qusma ilə müşayiət olunur. Xəstəliyin ən çox rast gəlinən ağırlaşması pnevmoniyadır. Bundan əlavə, qıcolmalar, tənəffüsün dayanması, yırtıqlar və burun qanaxmaları da yarana bilər.Mütəxəssislər qeyd edirlər ki, göyöskürəkdən qorunmağın ən etibarlı yolu vaxtında peyvənd olunmaqdır.

Tetanus Tetanus bakteriyaların ifraz etdiyi toksinlərin təsiri nəticəsində yaranan və ağır əzələ spazmları ilə müşahidə olunan təhlükəli xəstəlikdir. Vaxtında müalicə olunmadıqda ölümə səbəb ola bilər.Xəstəlik qırtlaq spazmı, sümüklərin sınması, ağciyər trombozu, pnevmoniya və tənəffüs çatışmazlığı kimi ağır fəsadlara yol aça bilər.Tetanusun əsas əlamətləri çənə kilidlənməsi, əzələ spazmları, udqunma çətinliyi, qıcolmalar, baş ağrısı, qızdırma və ürək ritminin pozulmasıdır.Tetanus insandan insana keçmir. Bakteriyalar əsasən torpaqda, tozda və heyvan peyinində olur. Onlar kəsik, yara, yanıq və digər dəri zədələri vasitəsilə orqanizmə daxil olur.

Difteriya Difteriya həyati təhlükə yaradan kəskin infeksion xəstəlikdir. Xəstəlik burun tutulması, boğaz ağrısı, udqunma çətinliyi və digər simptomlarla özünü göstərə bilər.Difteriyanın ən təhlükəli tərəfi bakteriyanın ifraz etdiyi toksinlərdir. Bu toksinlər ürək-damar və sinir sisteminə ciddi zərər vuraraq ağır fəsadlara səbəb ola bilir.Həkimlər valideynlərə uşaqların peyvənd təqviminə uyğun olaraq GDT peyvəndi ilə vaxtında immunlaşdırılmasının vacibliyini tövsiyə edirlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Belfastda iğtişaşlar: Türklərə məxsus obyektə hücum edildi

Next Article

Tramp yeni İran planını açıqladı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Nurəddin Qərəvi: Qürbətdə bir vətən nəğməsi

Elşən 07 İyun 2026 · 14:46 1245 baxış İran–ABŞ–İsrail qarşıdurması: savaş, yoxsa ssenari?İran, ABŞ və İsrail arasında yaşanan qarşıdurmanın sona yaxınlaşdığı bir dövrdə bir sual məni ciddi şəkildə düşündürür: həqiqətənmi bu hadisələr bir müharibədir, yoxsa […]

Gec yatmaq depressiya riskini artırır

Aysel Əlibəyli 28 İyul 2026 · 13:39 1092 baxış Araşdırma: Gec saatlarda yatmaq narahatlıq və depressiya riski ilə əlaqəlidir Elpress.az xəbər verir ki, Yeni araşdırmaya görə, gec saatlarda yatmaq anksiyete və depressiya riskinin artması ilə […]

Qarayazı qoruğunun sanitariya-mühafizə zonası təsdiqlənib

Aysel Əlibəyli 16 Sentyabr 2026 · 15:34 1066 baxış Qoruğun sanitariya-mühafizə zonası 3 230,81 hektar ərazini əhatə edəcək Elpress.az xəbər verir ki, Nazirlər Kabinetinin qərarı ilə Qarayazı Dövlət Təbiət Qoruğunun sanitariya-mühafizə zonası təsdiqlənib.Təsdiqlənmiş zona əlavə […]

Həyətdə maşın yumaq cərimə ilə nəticələnə bilər

Aysel Əlibəyli 31 İyul 2026 · 11:59 1146 baxış Avtomobili və xalçanı həyətdə yuyanlar hansı halda cərimələnə bilər? Elpress.az xəbər verir ki, Çoxmənzilli binaların həyətlərində avtomobil və xalça yuyulması ilə bağlı məsuliyyət məsələsi gündəmə gəlib.Qanunvericilikdə […]