--:--:-- | 23 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılacaq

Aysel Əlibəyli 29 Sentyabr 2026 · 14:24 1080 baxış

Təmir və yol hərəkəti sxemində dəyişikliklərlə əlaqədar məhdudiyyət tətbiq olunacaq

Elpress.az xəbər verir ki, Sentyabrın 29-u saat 21:00-dan etibarən Bakının bir sıra küçələrində nəqliyyat vasitələrinin hərəkətinə qısamüddətli məhdudiyyət qoyulacaq.Binəqədi rayonunda Şövkət Məmmədova küçəsinin Çingiz Aytmatov küçəsi ilə kəsişməsindən Süleyman Sani Axundov küçəsi ilə kəsişməsinədək olan hissəsində, həmçinin Zaur Nudirəliyev küçəsinin Ziya Bünyadov prospektindən Əcəmi Naxçıvani küçəsi ilə kəsişməyədək olan hissəsində təmir işləri aparılacaq.Nərimanov rayonunda Koroğlu Rəhimov küçəsi ilə Təbriz küçəsinin kəsişməsində isə hərəkət sxeminin dəyişdirilməsi nəzərdə tutulur. Bu məqsədlə ayırıcı zolağın bir hissəsi ləğv ediləcək və ərazidə nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.Məhdudiyyətlərin təmir və digər işlər başa çatanadək davam edəcəyi bildirilib.Sürücülərə səfərlərini əvvəlcədən planlaşdırmaq və alternativ marşrutlardan istifadə etmək tövsiyə olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Roşka” ləqəbli tiktokerə 5 il həbs cəzası istənilib

Next Article

Rusiya İranın nüvə müqaviləsindən çıxmasını istəmir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Kənd təsərrüfatı naziri Lerikdə vətəndaşları qəbul etdi

Aysel Əlibəyli 03 İyul 2026 · 17:13 1116 baxış Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Lerikdə keçirilən qəbul zamanı bir neçə rayonun sakinlərinin müraciətlərini dinləyərək qaldırılan məsələlərin həlli ilə bağlı tapşırıqlar verib. Azərbaycan Prezidenti İlham Əliyevin […]

Azərbaycanda leysan və sel təhlükəsi: Xəbərdarlıq edildi

Aysel Əlibəyli 03 İyul 2026 · 17:31 1122 baxış Milli Hidrometeorologiya Xidməti yaxın günlərdə ölkənin bir sıra bölgələrində gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə xəbərdarlıq edib. Milli Hidrometeorologiya Xidməti iyulun 4-dən etibarən ölkə ərazisində […]

18 Oktyabr – Azərbaycanın müstəqillik tarixinin qürur səhifəsi

Aysel Əlibəyli 17 Oktyabr 2026 · 21:05 1084 baxış Azərbaycan xalqının azadlıq arzusu və dövlətçilik iradəsi 18 Oktyabr tarixində mühüm tarixi məna qazanıb. Bu gün ölkəmizin müstəqilliyinin bərpasını, milli kimliyimizə bağlılığımızı və gələcəyə inamımızı xatırladır. […]