Azərbaycan xalqının azadlıq arzusu və dövlətçilik iradəsi 18 Oktyabr tarixində mühüm tarixi məna qazanıb. Bu gün ölkəmizin müstəqilliyinin bərpasını, milli kimliyimizə bağlılığımızı və gələcəyə inamımızı xatırladır.
1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib. Bu qərarla xalqımız müstəqil dövlət quruculuğu yolunda tarixi seçimini rəsmiləşdirib.
Müstəqillik yalnız dövlət sərhədləri və suverenlik deyil, həm də milli iradə, azad yaşamaq haqqı, dilimizə, mədəniyyətimizə və dəyərlərimizə sahib çıxmaq deməkdir. Bu tarixi mirasın qorunması və gələcək nəsillərə ötürülməsi hər birimizin məsuliyyətidir.
Bu gün müstəqilliyimizin qədrini bilmək, dövlətçiliyimizi möhkəmləndirmək və Azərbaycanın gələcəyinə inamla addımlamaq xüsusi əhəmiyyət daşıyır.
Müstəqilliyimiz əbədi, suverenliyimiz sarsılmaz olsun!


