--:--:-- | 26 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Xandanyan: ABŞ-la əlaqələr İranla münasibətlərə təsir etməyəcək

Aysel Əlibəyli 23 Sentyabr 2026 · 12:56 1084 baxış

Ermənistan parlamentinin komissiya sədri Tehranla əlaqələrin strateji səviyyəyə yüksəldiləcəyini bildirib

Elpress.az xəbər verir ki, Ermənistan parlamentinin Xarici əlaqələr üzrə daimi komissiyasının sədri Sarkis Xandanyan ABŞ-la Ermənistan arasında inkişaf edən münasibətlərin İran-Ermənistan əlaqələrinə mənfi təsir göstərməyəcəyini bildirib.Xandanyan bu barədə “2026 APRI Forum”da çıxışı zamanı danışıb.Onun sözlərinə görə, İranla dostluq münasibətləri Ermənistan üçün mühüm əhəmiyyət daşıyır. O, iki ölkə arasında əlaqələrin strateji səviyyəyə yüksəldilməsinin nəzərdə tutulduğunu qeyd edib.Xandanyan bildirib ki, Ermənistan və İran arasındakı münasibətlərin xarakteri artıq strateji məzmun daşıyır və bu istiqamətdə müvafiq sənədin yaxın gələcəkdə ortaya çıxması gözlənilir.Komissiya sədri əlavə edib ki, Ermənistan İranla münasibətlərini digər ölkələrlə əlaqələrinin hesabına və ya hər hansı dövlətə qarşı yönəlmiş şəkildə inkişaf etdirmək niyyətində deyil.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

AMB: Valyuta təklifi tələbi üstələyib

Next Article

Bir vəkil Kollegiyadan xaric edilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Ratko Mladiç Haaqada vəfat edib

Aysel Əlibəyli 27 Avqust 2026 · 17:36 1100 baxış Bosniya serblərinin keçmiş hərbi komandanı 84 yaşında həbsxanada ölüb Elpress.az xəbər verir ki, Bosniya serblərinin keçmiş komandanı Ratko Mladiç 84 yaşında Haaqada vəfat edib. Onun ölümü […]

Türkiyə kruiz gəmisini limanlara buraxmadı

Aysel Əlibəyli 05 İyul 2026 · 20:09 1108 baxış Türkiyə hakimiyyəti LGBTQ+ icmasına xidmət göstərən kruiz gəmisinin ölkə limanlarına daxil olmasına icazə verməyib. Elpress.az xəbər verir ki, Türkiyə hakimiyyəti LGBTQ+ icmasına xidmət göstərən kruiz gəmisinin […]