--:--:-- | 03 Noyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Hörmüz boğazı ilə bağlı razılaşma sabah elan ediləcək

Aysel Əlibəyli 13 Sentyabr 2026 · 19:52 1134 baxış

İran Prezidenti: Maskatda Hörmüz boğazından keçidlə bağlı çərçivə razılaşması əldə olunacaq

Elpress.az xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian Hörmüz boğazından keçid və gəmiçiliklə bağlı çərçivə razılaşmasının sabah Omanın paytaxtı Maskatda elan olunacağını bildirib.Pezeşkian “India Today”ə müsahibəsində deyib ki, İran xarici işlər naziri Abbas Əraqçi ilə regionun ərəb ölkələrinin xarici işlər nazirləri arasında Maskatda keçiriləcək görüşdə Hörmüz marşrutu ilə bağlı razılaşma əldə olunması gözlənilir.İran Prezidenti bildirib ki, Tehran artıq Omanla bu məsələ üzrə danışıqlar aparıb və gəmiçiliyin həyata keçirilməsi üçün konkret çərçivə barədə anlaşma əldə edib. Onun sözlərinə görə, ABŞ hücumlarını dayandırdığı təqdirdə marşrut beynəlxalq hüquqa uyğun olaraq açıq olacaq.Xarici işlər naziri Abbas Əraqçi isə görüşün əsas gündəliyinin Hörmüz boğazında yeni dəniz yolunun müzakirəsi olduğunu açıqlayıb. O qeyd edib ki, görüş iştirakçılarına Omanla əldə olunan razılaşmanın detalları və yeni marşruta dair xəritələr təqdim ediləcək.Əraqçi vurğulayıb ki, Omanla imzalanan sənəd Hörmüz boğazının yenidən açılması anlamına gəlmir. Onun sözlərinə görə, İranın boğazın yenidən açılması ilə bağlı əsas şərti ABŞ-ın İslamabad Anlaşma Memorandumunda nəzərdə tutulan öhdəliklərinə qayıtmasıdır.İran rəsmiləri regionda təhlükəsizlik və sabitliyin təmin olunmasında əsas məsuliyyətin region ölkələrinin üzərinə düşdüyünü bildiriblər.Qeyd edək ki, Omanda keçiriləcək görüşdə iştirak etməyəcəyini indiyədək yalnız Bəhreyn açıqlayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ronaldo Neveşi müdafiə etdi: “Onlara ömürlük qadağa qoyulsun”

Next Article

İraq Səudiyyə Ərəbistanı kəmərinə hücumda istifadə olunan PUA qurğusunu ələ keçirib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İranla əlaqəli hakerlər Britaniyada elektrik stansiyasına hücum edib

Aysel Əlibəyli 23 Avqust 2026 · 16:00 1126 baxış Kiberhücum nəticəsində elektrik stansiyasının fəaliyyəti dörd gün dayanıb Elpress.az xəbər verir ki, İranla əlaqəli olduğu bildirilən hakerlər Böyük Britaniyada elektrik stansiyalarından birinə kiberhücum həyata keçirib. Hücum […]

Merzdən İsrailə çağırış

Aysel Əlibəyli 18 İyun 2026 · 00:47 1162 baxış Almaniya Kansleri Friedrich Merz İsrail və Livan arasında gərginliyin artması ehtimalı ilə bağlı narahatlığını ifadə edib. Elpress.az xəbər verir ki, kansler bu barədə Fransanın Évian-les-Bains şəhərində […]