--:--:-- | 09 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Tramp: “Türkiyə F-35 qırıcılarını alacaq”

Aysel Əlibəyli 08 İyul 2026 · 15:01 1102 baxış

ABŞ Prezidenti Donald Trump Türkiyənin yaxın vaxtlarda Lockheed Martin F-35 Lightning II qırıcılarını əldə edəcəyini açıqlayıb.

Elpress.az məlumat verir ki, Donald Tramp bu açıqlamanı Ankarada keçirilən NATO dövlət və hökumət başçılarının zirvə toplantısı çərçivəsində NATO-nun Baş katibi Mark Rutte ilə görüşü zamanı səsləndirib. ABŞ prezidenti çıxışı zamanı Türkiyənin F-35 proqramı ilə bağlı müsbət mesaj verərək, “Türkiyə F-35-ləri əldə edəcək”, – deyə bildirib.Bundan əvvəl Türkiyə Prezidenti Recep Tayyip Erdoğan də Donald Trampla keçirdiyi danışıqların müsbət nəticə verəcəyinə ümid etdiyini açıqlamışdı. Ərdoğan ABŞ-ın F-35 qırıcılarının Türkiyəyə satışı ilə bağlı müsbət qərar qəbul edəcəyini gözlədiyini bildirmişdi.Qeyd edək ki, Ankarada keçirilən NATO liderlərinin növbəti zirvə toplantısında 32 ölkənin dövlət və hökumət başçıları iştirak edir. Görüşdə müdafiə xərclərinin artırılması, İran böhranı, Avropanın təhlükəsizliyi, həmçinin alyansın gələcək strategiyası ilə bağlı mühüm məsələlər geniş şəkildə müzakirə olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Ərdoğan mənim xahişimə görə İsrailə qarşı müharibəyə qoşulmadı”

Next Article

Miqrasiya Xidməti 6 ayda 9757 inzibati qərar qəbul edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Lukaşenkoya qarşı cinayət işi təklifi

Aysel Əlibəyli 01 Avqust 2026 · 14:33 1066 baxış Zelenskinin ofisi Lukaşenkonun məsuliyyətə cəlb olunması məsələsinə baxılmasını istəyib Elpress.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisi Belarus lideri Aleksandr Lukaşenkoya qarşı cinayət işinin başlanması […]

Trampdan İranla bağlı yeni açıqlama: “Bu mümkündür”

Aysel Əlibəyli 01 Oktyabr 2026 · 16:15 1068 baxış ABŞ Prezidenti Donald Tramp İranla bağlı hərbi əməliyyatların gələcəkdə genişləndirilə biləcəyini istisna etməyib. O, mümkün zərbənin ABŞ-da keçiriləcək aralıq seçkilərindən sonra həyata keçirilə biləcəyini bildirib. Elpress.az […]

Bəşər Əsəd ölüm cəzasına məhkum edildi

Aysel Əlibəyli 11 Avqust 2026 · 14:30 1070 baxış Suriyanın keçmiş prezidenti qiyabi məhkəmə nəticəsində ölüm hökmü alıb Elpress.az xəbər verir ki, Suriyanın keçmiş prezidenti Bəşər Əsəd barəsində ölüm hökmü çıxarılıb.Dəməşqdə fəaliyyət göstərən Cinayət Məhkəməsi […]