--:--:-- | 09 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Miqrasiya Xidməti 6 ayda 9757 inzibati qərar qəbul edib

Aysel Əlibəyli 08 İyul 2026 · 15:04 1116 baxış

Dövlət Miqrasiya Xidməti 2026-cı ilin ilk altı ayı ərzində miqrasiya qanunvericiliyinin pozulması ilə bağlı ümumilikdə 9757 inzibati qərar qəbul edib.

Dövlət Miqrasiya Xidmətinin yaydığı məlumata görə, 2026-cı ilin birinci yarımili ərzində əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkədə olma, yaşama, əmək fəaliyyətinə cəlb olunma və digər miqrasiya qaydalarının pozulması ilə bağlı ümumilikdə 9757 inzibati qərar qəbul edilib.Məlumata əsasən, barəsində inzibati qərar verilən şəxslərdən 4852 nəfər Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilən nəzarət tədbirləri zamanı saxlanılıb. Araşdırmalar nəticəsində onların ölkədə olma və yaşama hüququ verən sənədlər olmadan yaşadıqları, ölkəyə gəliş məqsədinə uyğun olmayan fəaliyyət göstərdikləri, qanunsuz əmək fəaliyyətinə cəlb edildikləri və ya qeydiyyatda olduqları ünvanda yaşamadıqları müəyyən edilib.Hesabat dövründə miqrasiya qanunvericiliyini pozduqları üçün 850 əcnəbi inzibati qaydada Azərbaycan ərazisindən çıxarılıb və onların ölkəyə yenidən girişinə qanunvericiliklə müəyyən edilmiş müddət ərzində məhdudiyyət tətbiq olunub. Digər şəxslərin isə ölkədə yaşamalarının qanuniləşdirilməsi və ya ölkəni könüllü şəkildə tərk etmələri təmin edilib.Bundan əlavə, ilk yarımildə qanunsuz miqrasiyanın təşkilinə dair 4 fakt aşkarlanıb. Aparılan araşdırmalar zamanı əcnəbilərin müxtəlif məqsədlərlə ölkəyə gətirilməsi, sonradan isə onlara qanunsuz yollarla iş və müvəqqəti yaşamaq üçün icazələrin alınmasına cəhd göstərildiyi müəyyən olunub. Toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq-mühafizə orqanlarına göndərilib. Dövlət Miqrasiya Xidməti qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirlərinin fasiləsiz davam etdirildiyini vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Tramp: “Türkiyə F-35 qırıcılarını alacaq”

Next Article

Ağdamda genişmiqyaslı yanğın başladı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Qarpızla pendiri birlikdə yemək zərərlidirmi?

Aysel Əlibəyli 17 İyul 2026 · 19:55 1086 baxış Yay aylarında süfrələrin vazkeçilməz ikilisi olan qarpız və pendirin birlikdə istehlakının zərərli olub-olmaması ilə bağlı yayılan fikirlərə həkimlər aydınlıq gətiriblər. Elpress.az xəbər verir ki, Mütəxəssislərin sözlərinə […]

Avqustda əlavə qeyri-iş günü olmayacaq

Aysel Əlibəyli 09 İyul 2026 · 15:50 1092 baxış 2026-cı ilin istehsalat təqviminə əsasən, avqust ayında əlavə qeyri-iş günü nəzərdə tutulmayıb. Elpress.az xəbər verir ki, 2026-cı il üzrə iş vaxtı norması və istehsalat təqviminə əsasən, […]

Sabah Abşeron çimərliklərində hava necə olacaq?

Aysel Əlibəyli 22 Avqust 2026 · 12:21 1062 baxış Şimal və cənub çimərliklərində dəniz suyunun temperaturu 25-27 dərəcə olacaq Elpress.az xəbər verir ki, Avqustun 23-də Abşeron yarımadasının çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.Milli Hidrometeorologiya Xidmətinin məlumatına […]