--:--:-- | 09 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

“Ərdoğan mənim xahişimə görə İsrailə qarşı müharibəyə qoşulmadı”

Aysel Əlibəyli 08 İyul 2026 · 14:58 1152 baxış

ABŞ Prezidenti Donald Trump Türkiyə Prezidenti Recep Tayyip Erdoğanın İsrailə qarşı hərbi əməliyyatlara qoşulmaq niyyətində olduğunu, lakin onun xahişi ilə bu qərardan geri çəkildiyini iddia edib.

Elpress.az-ın məlumatına əsasən, ABŞ Prezidenti Donald Tramp bu fikirləri Mark Rutte ilə keçirdiyi görüş zamanı səsləndirib. O, Ərdoğanla münasibətlərinin yaxşı olduğunu vurğulayaraq Türkiyə liderinin İsrailə qarşı hərbi əməliyyatlara qoşulmaq istədiyini, lakin onun şəxsi xahişindən sonra bu addımı atmadığını bildirib.Tramp qeyd edib ki, Ərdoğan onu yüksək səviyyədə qarşılayıb və aralarında qarşılıqlı hörmət mövcuddur. Onun sözlərinə görə, Benjamin Netanyahuın Türkiyə və Ərdoğan barədə sərt açıqlamalarından sonra vəziyyət daha da gərginləşib. ABŞ prezidenti bildirib ki, Türkiyə hərbi baxımdan güclü ölkədir və müharibəyə qoşulmaq istəsəydi, regionda vəziyyət tamamilə fərqli istiqamətdə inkişaf edə bilərdi. O, həmçinin vurğulayıb ki, Ərdoğanın müharibəyə qoşulmamasında əsas rol onun etdiyi müraciət olub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

AMEA-nın həqiqi üzvü Əjdər Məcidov vəfat etdi

Next Article

Tramp: “Türkiyə F-35 qırıcılarını alacaq”

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Tramp: Məğlub İran ABŞ-la razılaşmaq istəyir

Aysel Əlibəyli 14 Sentyabr 2026 · 20:35 1072 baxış ABŞ Prezidenti Vaşinqtonun Tehranla danışıqlara açıq olduğunu bildirib Elpress.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İranın ABŞ-la razılaşma əldə etmək istədiyini bildirib.Tramp İranı “məğlub olunmuş […]

Fransa Hörmüz boğazına hərbi qüvvə göndərdi

Aysel Əlibəyli 04 İyul 2026 · 08:50 1160 baxış Elpress.az xəbər verir ki, Fransa Hörmüz boğazında dəniz nəqliyyatının təhlükəsizliyini gücləndirmək məqsədilə bölgəyə əlavə hərbi texnika və qüvvələr yerləşdirib. Fransa Prezidenti Emmanuel Macron bildirib ki, Yaxın […]