--:--:-- | 25 Sentyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Rusiya Ermənistana qazı kəsə bilər

Aysel Əlibəyli 24 Sentyabr 2026 · 12:19 1092 baxış

Moskva İrəvana qaz tədarükünün dayandırılması ilə bağlı şərtlər irəli sürüb

Elpress.az xəbər verir ki, Rusiya noyabrın 1-dən Ermənistana təbii qaz tədarükünü tam dayandıra bilər.Məlumata görə, Moskva qazın verilişinin davam etdirilməsi üçün İrəvan qarşısında bir sıra şərtlər qoyub.Şərtlər arasında Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazası ilə bağlı məsələnin gündəmdən çıxarılması da yer alır.Bundan başqa, Rusiyanın iştirakı olan şirkətlərə, o cümlədən dəmir yolu və “Qazprom”a qarşı müəyyən tədbirlərin dayandırılması tələb olunur.Məlumata əsasən, Moskva Ermənistanın Avropa İttifaqına üzvlük istiqamətində atdığı addımların da dayandırılmasını istəyir. Bunun üçün ya Aİ-yə üzvlük prosesinin başlanmasına dair qanunun ləğvi, ya da məsələ ilə bağlı referendum tarixinin müəyyənləşdirilməsi variantlarının irəli sürüldüyü bildirilir.Tələblər sırasında Rusiyanın mövqeyinə yaxın hesab edilən erməni siyasətçilərə qarşı təqiblərin dayandırılması və Ermənistan hökumətində Moskva üçün məqbul sayılan baş nazir müavininin təyin edilməsi də göstərilir.Məsələ ilə bağlı Ermənistan hökumət dairələrindən əlavə məlumat almaq cəhdlərinin nəticəsiz qaldığı, ölkənin Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin sorğuya cavab vermədiyi qeyd olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakıda IV Təhlükəsizlik Forumu keçirildi – 100-dən çox ölkədən nümayəndələr iştirak edib

Next Article

İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İran Trampın Hörmüz boğazı paylaşımına sərt cavab verdi

Aysel Əlibəyli 18 Avqust 2026 · 16:14 1052 baxış Qəribabadi: Trampın boğazla bağlı “illüziyası” tezliklə düzəldiləcək Elpress.az xəbər verir ki, İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazını ABŞ ərazisi […]

İsrailin zərbələri nəticəsində Livanda 47 nəfər ölüb

Aysel Əlibəyli 19 İyun 2026 · 18:41 1136 baxış İsrail ordusunun Livana endirdiyi zərbələr nəticəsində həyatını itirənlərin sayı 47 nəfərə çatıb. Elpress.az xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.Məlumata görə, hücumlar zamanı […]

Türkiyə Yaponiya ilə müdafiə əməkdaşlığını genişləndirmək istəyir.

Aysel Əlibəyli 30 May 2026 · 17:04 1178 baxış Türkiyə və Yaponiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın dərinləşdirilməsi planlaşdırılır. Elpress.az-ın Apa.az-a istinadən verdiyi məlumata əsasən, Türkiyənin xarici işlər naziri Hakan Fidan Yaponiyanın “Nikkei Asia” nəşrinə […]

Haluk Levent barəsində saxlanılma qərarı verildi

Aysel Əlibəyli 12 İyul 2026 · 20:53 1102 baxış Türkiyədə Ahbap Dərnəyi ilə bağlı aparılan istintaq çərçivəsində tanınmış müğənni Haluk Levent haqqında saxlanılma qərarı çıxarılıb. Elpress.az xəbər verir ki , İstanbul Respublika Baş Prokurorluğunun Ahbap […]