--:--:-- | 16 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Haluk Levent barəsində saxlanılma qərarı verildi

Aysel Əlibəyli 12 İyul 2026 · 20:53 1118 baxış

Türkiyədə Ahbap Dərnəyi ilə bağlı aparılan istintaq çərçivəsində tanınmış müğənni Haluk Levent haqqında saxlanılma qərarı çıxarılıb.

Elpress.az xəbər verir ki , İstanbul Respublika Baş Prokurorluğunun Ahbap Dərnəyinin fəaliyyəti ilə bağlı apardığı istintaq çərçivəsində qurumun sədri, məşhur müğənni Haluk Levent barəsində gözaltı qərarı verildiyi bildirilib.Rəsmi qurumlar istintaqın mahiyyəti və irəli sürülən ittihamlarla bağlı hələlik ətraflı məlumat açıqlamayıb. Bildirilib ki, araşdırma davam edir və əlavə məlumatın yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacağı gözlənilir.Yerli KİV-in yaydığı məlumata görə, Haluk Leventə “Dərnəklər haqqında qanunu pozma”, “Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma” və “Cinayətkar təşkilata üzvlük” maddələri üzrə ittihamlar irəli sürülüb. Həmçinin iddia olunur ki, Ahbap Dərnəyinin 6 fevral zəlzələlərindən sonra topladığı təxminən 158 milyon dollarlıq ianə hesabına tikilməsi planlaşdırılan bəzi yaşayış evləri üç il keçməsinə baxmayaraq hələ də tam istifadəyə verilməyib.Qeyd edək ki, bu ittihamlar hazırda istintaq mərhələsindədir və rəsmi məhkəmə qərarı açıqlanmayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Gəncədə kütləvi zəhərlənmə: azyaşlılar da xəstəxanaya yerləşdirildi

Next Article

Şəmkirdə 38 yaşlı qadını elektrik cərəyanı vuraraq öldürdü

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Uitkoff Ukrayna danışıqlarında irəliləyiş olduğunu açıqlayıb

Aysel Əlibəyli 07 Sentyabr 2026 · 19:07 1042 baxış ABŞ rəsmisi Moskva və Kiyevlə təmaslardan sonra üçtərəfli görüş ehtimalını açıqlayıb Elpress.az xəbər verir ki, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Ukrayna münaqişəsinin həlli ilə bağlı […]

CENTCOM SEPAH-ın iddiasını təkzib etdi

Aysel Əlibəyli 31 Avqust 2026 · 17:39 1048 baxış ABŞ Mərkəzi Komandanlığı: Hörmüz boğazında heç bir gəmi minaya düşməyib Elpress.az xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazının cənub hissəsində supertankerin minaya düşması ilə […]

BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb

Aysel Əlibəyli 24 Sentyabr 2026 · 15:03 1082 baxış İran aviaşirkətlərinin BƏƏ-yə bütün reysləri gecə yarısından etibarən ləğv edilib Elpress.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri ABŞ-ın tətbiq etdiyi sanksiyalara uyğun olaraq İran aviaşirkətlərinin həyata […]