--:--:-- | 24 Sentyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Bakıda IV Təhlükəsizlik Forumu keçirildi – 100-dən çox ölkədən nümayəndələr iştirak edib

Aysel Əlibəyli 24 Sentyabr 2026 · 11:38 1090 baxış

Sentyabrın 22-də Bakıda IV Bakı Təhlükəsizlik Forumu keçirilib. Tədbir Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə baş tutub.

Elpress.az xəbər verir ki, forumda beynəlxalq təşkilatların, eləcə də 100-dən çox ölkənin xüsusi xidmət orqanlarının rəhbərləri və yüksək səviyyəli nümayəndələri iştirak ediblər.“Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması” mövzusuna həsr olunan tədbirin əvvəlində Azərbaycan Prezidenti İlham Əliyevin forum iştirakçılarına müraciəti səsləndirilib. Daha sonra forumun mövzusunu əks etdirən videomaterial nümayiş olunub.Tədbirdə çıxış edən DTX rəisi, general-polkovnik Əli Nağıyev forum iştirakçılarını Bakıda yenidən salamlamaqdan məmnunluğunu ifadə edib. O, belə tədbirlərin təhlükəsizlik sahəsində meydana çıxan aktual məsələlərin müzakirəsi, eləcə də xüsusi xidmət orqanları arasında əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.Əli Nağıyev beynəlxalq təhlükəsizlik sistemində ciddi transformasiya proseslərinin getdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, mövcud təhlükələrə effektiv cavab vermək üçün ənənəvi yanaşmalarla yanaşı, etibarlı tərəfdaşlıq və yeni əməkdaşlıq mexanizmləri də vacibdir.DTX rəhbəri müasir dövrdə təhlükəsizliyin yalnız dövlət sərhədlərinin mühafizəsi ilə məhdudlaşmadığını bildirib. Davam edən münaqişələrin regional proseslərə, enerji bazarlarına və ərzaq təhlükəsizliyinə təsirlərinə də diqqət çəkilib.Forum çərçivəsində DTX və BMT-nin Terrorçuluğa Qarşı Mübarizə Ofisinin birgə təşkilatçılığı ilə ayrıca yan tədbir də keçirilib. “Operativ tərəfdaşlıqlar vasitəsilə milli terrorçuluqla mübarizə imkanlarının gücləndirilməsi” mövzusunda keçirilən müzakirələrdə müasir texnologiyaların yaratdığı terror təhdidləri və onlara qarşı mübarizə yolları nəzərdən keçirilib.Bununla yanaşı, milli və beynəlxalq səviyyədə əlaqələndirmə mexanizmlərinin təkmilləşdirilməsi, həmçinin Bakı Təhlükəsizlik Forumunun platforması olan Antiterror Məlumat Mübadiləsi Sistemi (CTIES) kimi qabaqcıl vasitələrin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Paşinyan Nyu-Yorkda velosiped sürdü – 36 kilometr yol qət etdi

Next Article

Rusiya Ermənistana qazı kəsə bilər

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Rubiodan Ukrayna ilə bağlı mühüm açıqlama

Aysel Əlibəyli 03 İyun 2026 · 21:23 1192 baxış ABŞ Rusiya-Ukrayna münaqişəsinin həlli istiqamətində diplomatik təşəbbüsləri yenidən aktivləşdirməyə hazır olduğunu bəyan edib. Bu barədə ABŞ dövlət katibi Marko Rubio Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində […]

İlham Əliyev Qırğızıstan Prezidentini təbrik edib

Aysel Əlibəyli 31 Avqust 2026 · 11:26 1044 baxış Azərbaycan Prezidenti İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sadır Japarova ölkəsinin müstəqilliyinin 35-ci ildönümü münasibətilə təbrik məktubu göndərib. Elpress.az xəbər verir ki, dövlət başçısı məktubunda Sadır Japarova […]