Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünyanın aparıcı investisiya şirkətlərindən biri olan “Brookfield Asset Management”in baş icraçı direktoru Konnor Teski ilə görüş keçirib.
Elpress.az xəbər verir ki, görüş sentyabrın 25-də baş tutub.Söhbət zamanı Prezident İlham Əliyevin bu ilin yanvarında Davosda Konnor Teski ilə keçirdiyi görüş xatırlanıb. Həmçinin Azərbaycan Dövlət Neft Fondu ilə “Brookfield Asset Management” arasında uzunmüddətli strateji əməkdaşlığa dair imzalanmış niyyət protokolunun əhəmiyyəti vurğulanıb.Görüşdə Azərbaycanla şirkət arasında investisiya tərəfdaşlığının daha da genişləndirilməsi imkanları nəzərdən keçirilib. Xüsusilə enerji keçidi, bərpaolunan enerji, enerji saxlanc sistemləri və rəqəmsal infrastruktur istiqamətlərində potensial layihələr barədə fikir mübadiləsi aparılıb.
Tərəflər Azərbaycanın enerji imkanlarının ölkənin regional enerji mərkəzi kimi mövqeyinin möhkəmləndirilməsində rolunu da müzakirə ediblər.


