Rusiya XİN rəhbəri Aİ-nin sanksiyalarına cavab olaraq tankerlərin ələ keçirilə biləcəyini bildirib
Elpress.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara cavab veriləcəyini açıqlayıb.Lavrov bildirib ki, Aİ ölkələrinin Rusiya ticarət gəmilərini saxlamaq və tankerlərdəki yükləri satmaq imkanından istifadə etməsi halında Moskva da qarşı tədbirlər görə bilər.Rusiya XİN rəhbəri Aİ-nin “kölgə donanması” ilə bağlı mövqeyini tənqid edib və Brüsseli beynəlxalq hüququ pozmaqda ittiham edib. Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin bu cür addımlara cavab veriləcəyini açıq şəkildə bəyan edib.Lavrov həmçinin xəbərdarlıq edib ki, Rusiya lazım gəldikdə Aİ ölkələrinə məxsus tankerləri ələ keçirə bilər.


