Sərhədlərdə miqrasiya təzyiqinə qarşı yeni mexanizm hazırlanacaq
Elpress.az xəbər verir ki, Avropa İttifaqına üzv 18 ölkənin daxili işlər nazirləri sərhədlərdə qeyri-qanuni miqrasiya axınının kəskin artmasının qarşısının alınması məqsədilə birgə fəaliyyət planı üzərində razılığa gəliblər.Məlumata görə, Münhendə keçirilən görüşdə yeni mexanizmin hazırlanması təşəbbüsü Almaniyanın daxili işlər naziri Aleksander Dobrindt tərəfindən irəli sürülüb. Görüşün keçirilməsinə səbəb kimi 2026-cı ilin iyulunun sonunda İspaniyanın Seuta eksklavında baş vermiş genişmiqyaslı miqrasiya böhranı göstərilir.Razılaşdırılan fəaliyyət planı üç əsas istiqaməti əhatə edir. İlk olaraq, Aİ sərhədlərində fövqəladə miqrasiya təzyiqinin yaranmasını müəyyənləşdirən və rəsmiləşdirən vahid qaydaların tətbiqi nəzərdə tutulur.İkinci istiqamət böhran vəziyyətinin rəsmi tanınması halında miqrantların ölkədən daha qısa müddətdə çıxarılmasına imkan verəcək xüsusi mexanizmin yaradılmasını nəzərdə tutur.Üçüncü bənd isə Aİ-nin sərhəd nəzarəti agentliyi “Frontex”in qüvvələrinin zəruri hallarda operativ şəkildə yerləşdirilməsini əhatə edir. Bu çərçivədə 24 saat ərzində yardıma ehtiyacı olan üzv ölkəyə göndərilə biləcək çevik reaksiya bölməsinin yaradılması planlaşdırılır.Məlumata görə, planın həyata keçirilməsi ilə bağlı danışıqlarda İspaniya iştirak etməyib. Bu ölkənin nümayəndələrinin miqrasiya məsələsi ilə bağlı Avropa Parlamentində keçirilən fövqəladə dinləmələrə də qatılmadığı bildirilir.


