2024-cü ildə İrəvana hərbi məqsədlər üçün 8,1 milyon dollardan çox vəsait ayrılıb
Elpress.az xəbər verir ki, ABŞ-ın Ermənistana hərbi məqsədlər üçün ayırdığı vəsaitin həcmi 2024-cü maliyyə ilində əhəmiyyətli dərəcədə artıb.ABŞ hökumətinin məlumatlarına əsasən, 2024-cü ildə Ermənistan üçün hərbi maliyyələşmənin həcmi 8,1 milyon dollardan çox olub. 2023-cü ildə bu göstərici təxminən 16 min dollar, 2022-ci ildə isə 1,3 milyon dollar təşkil edib.ABŞ-ın Foreign Military Financing (FMF) proqramı çərçivəsində Ermənistana hərbi maliyyə yardımı 2002-ci ildən həyata keçirilir. 2002–2024-cü illər ərzində proqram üzrə Ermənistana ayrılan ümumi vəsaitin məbləği 60 milyon dolları ötüb.2025-ci il üzrə yekun məlumatlar açıqlanmasa da, həmin dövrdə maliyyələşmənin daha da artdığı bildirilir. ABŞ Dövlət Departamenti 2025-ci ilin yanvarında Ermənistanın müdafiə sektoruna FMF proqramı çərçivəsində təxminən 18 milyon dollar ayrıldığını açıqlayıb.Vəsaitin zirehli təcili tibbi yardım maşınlarının alınması, Kibermüdafiə Əməliyyatları Mərkəzinin yaradılması və Milli Təlim Mərkəzinin imkanlarının genişləndirilməsi kimi layihələrə yönəldilməsi nəzərdə tutulub.


