--:--:-- | 23 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Papa Ukrayna münaqişəsi ilə bağlı danışıqlara ümid edir

Aysel Əlibəyli 06 Sentyabr 2026 · 16:49 1058 baxış

XIV Leo diplomatik səylərin konkret nəticələr verməsini arzulayıb

Elpress.az xəbər verir ki, Roma Papası XIV Leo Ukrayna münaqişəsinin həlli istiqamətində aparılan diplomatik təşəbbüslərin nəticə verməsini arzulayıb.O, ənənəvi bazar günü dini mərasimi zamanı bildirib ki, danışıqların yenidən başlamasına yönələn səylərin uğurla nəticələnməsi və diplomatik imkanların genişlənməsi vacibdir.Roma Papası bütün dünyadakı münaqişələrdə qarşılıqlı anlaşma və razılığın üstünlük təşkil etməsi üçün dua etməyə çağırıb.Onun açıqlaması Rusiya və Ukrayna arasında münaqişənin nizamlanması ilə bağlı diplomatik təmasların yenidən gündəmə gəldiyi bir vaxtda səslənib. ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin də Rusiya və Ukraynaya səfərləri çərçivəsində yüksək səviyyəli görüşlər keçirdikləri bildirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Tibetdə torpaq sürüşməsi: ölənlərin sayı 43-ə çatıb

Next Article

Qubada ağır qəza: 1 nəfər ölüb, 2 nəfər yaralanıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Kiyevə qanlı zərbə: Ölənlərin sayı 15-ə yüksəldi

Aysel Əlibəyli 06 İyul 2026 · 19:30 1126 baxış Rusiya Kiyevə raket və dronlarla hücum etdi: Dağıntılar artır, itkilər ağırlaşır Elpress.az xəbər verir ki, Rusiya Silahlı Qüvvələrinin Ukraynanın paytaxtı Kiyevə həyata keçirdiyi genişmiqyaslı raket və […]

Məhkəmə “Meta” şirkətini 567 milyon dollar cərimələdi

Aysel Əlibəyli 07 Avqust 2026 · 09:22 1090 baxış ABŞ-də məhkəmə qərarı: “Meta” gənc istifadəçilərin əqli sağlığına dəyən zərərə görə yüz milyonlarla dollar ödəyəcək Elpress.az xəbər verir ki, ABŞ-nin Nyu-Meksiko ştatının məhkəməsi “Facebook” və “Instagram” […]