ABŞ-də məhkəmə qərarı: “Meta” gənc istifadəçilərin əqli sağlığına dəyən zərərə görə yüz milyonlarla dollar ödəyəcək
Elpress.az xəbər verir ki, ABŞ-nin Nyu-Meksiko ştatının məhkəməsi “Facebook” və “Instagram” sosial şəbəkələrinin sahibi olan “Meta” şirkətinə yetkinlik yaşına çatmayanların əqli sağlamlığına dəyən zərərə görə 567 milyon dollar ödənilməsi barədə qərar çıxarıb. Bu məbləğin 420 milyon dolları uşaq və yeniyetmələr üçün psixoloji dəstək proqramlarına, qalan hissəsi isə profilaktika və məlumatlandırma kampaniyalarına ayrılacaq. Şirkət bundan əvvəlki mərhələdə də 375 milyon dollar cərimələnmişdi. Məhkəmə “Meta”ya yeniyetmələrin platformalardan istifadə vaxtını məhdudlaşdırmağı və cinsi istismardan müdafiəni gücləndirməyi tapşırıb. Şirkət isə qərardan apellyasiya şikayəti verəcəyini bildirib.


