--:--:-- | 25 İyun 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Moninder Sinqh: Hindistan zikhləri fiziki məhv etməyə çalışır

Aysel Əlibəyli 03 İyun 2026 · 10:32 96 baxış

Hindistanın zikhlərin milli və dini kimliyini zəiflətməyə çalışdığı iddia olunub.

Elpress.az “Report”a istinadən xəbər verir ki, bu fikirləri Moninder Sinqh Bakıda keçirilən “İyun 1984-cü il, Amritsardakı hadisələr: soyqırımı kontekstində Hindistanın etnik azlıqlara qarşı transnasional repressiyaları” mövzusunda beynəlxalq konfransda səsləndirib.Beynəlxalq Zikhlər Federasiyasının sədri bildirib ki, Hindistan dövlətinin siyasəti zikhlərin xalq olaraq ya fiziki məhvinə, ya da assimilyasiyasına yönəlib. Onun sözlərinə görə, bu proses dilin, mədəniyyətin, irsin və dini dəyərlərin sıradan çıxarılmasına hesablanıb.Moninder Sinqh qeyd edib ki, zikhlər belə yanaşmanı qəbul etməyəcək və öz kimliklərini qorumaq uğrunda mübarizəni davam etdirəcəklər.O, həmçinin Bakıdakı konfransın beynəlxalq əməkdaşlığın genişlənməsinə, müxtəlif cəmiyyətlər arasında əlaqələrin möhkəmlənməsinə və yeni tərəfdaşlıqların qurulmasına töhfə verdiyini vurğulayıb.Federasiya rəhbəri son aylarda təşkilat nümayəndələrinin bir neçə dəfə Azərbaycana səfər etdiyini xatırladaraq, burada yüksək səviyyədə qarşılandıqlarını və müxtəlif qurumlarla açıq dialoq aparmaq imkanı əldə etdiklərini bildirib. O, xüsusilə Bakı Təşəbbüs Qrupu ilə əməkdaşlığın əhəmiyyətini qeyd edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Gürcüstan Azərbaycanla sərhəd məsələsini müzakirə edib

Next Article

Küveytdə hava zərbələrinin fəsadları aradan qaldırılır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Pezeşkian: Yaponiya gəmilərinin təhlükəsiz keçidini təmin edəcəyik

Aysel Əlibəyli 01 İyun 2026 · 19:19 46 baxış İran Prezidenti Məsud Pezeşkian Yaponiyanın Baş naziri Sanae Takaiçi ilə telefon danışığı zamanı Hörmüz boğazında dəniz nəqliyyatının təhlükəsizliyinə dair məsələləri müzakirə edib. IRNA agentliyinin məlumatına görə, […]

Küveyt Hava Limanı yenidən uçuşlara açıldı

Aysel Əlibəyli 06 İyun 2026 · 13:54 100 baxış Raket hücumlarından sonra dayandırılan Küveyt Beynəlxalq Hava Limanında uçuşlar yenidən bərpa olunub Raket hücumları və regional gərginlikdən sonra müvəqqəti bağlanan Küveyt Beynəlxalq Hava Limanında aeronaviqasiya fəaliyyəti […]

Britaniya Rusiyanın neft tankerini saxladı

Aysel Əlibəyli 14 İyun 2026 · 11:49 34 baxış Britaniya La-Manşda Rusiyanın “kölgə donanması” tankerini saxladı Böyük Britaniyanın Kral Dəniz Piyadaları və Milli Cinayətkarlıqla Mübarizə Agentliyinin əməkdaşları La-Manş boğazında Rusiya ilə əlaqələndirilən “SMYRTOS” adlı neft […]