--:--:-- | 08 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Gürcüstan Azərbaycanla sərhəd məsələsini müzakirə edib

Aysel Əlibəyli 03 İyun 2026 · 10:18 1175 baxış

Gürcüstan hökuməti ötən il ərzində regionda sabitliyin möhkəmləndirilməsi və davamlı sülhün təmin olunmasına yönəlmiş balanslı qonşuluq siyasəti həyata keçirdiyini bəyan edib.

Elpress.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin illik hesabatında qeyd olunub.Sənəddə bildirilib ki, Gürcüstanı Azərbaycan, Türkiyə və Ermənistan ilə möhkəm strateji tərəfdaşlıq əlaqələri birləşdirir. Vurğulanıb ki, Azərbaycan və Türkiyə ilə əməkdaşlıq mövcud strateji layihələr vasitəsilə daha da inkişaf etdirilir.Hesabatda qeyd edilib ki, hər üç qonşu ölkə Gürcüstanın əsas ticarət tərəfdaşları sırasında yer alır və onlarla yüksək səviyyəli siyasi dialoq davam etdirilir.Sənəddə həmçinin Gürcüstan–Türkiyə–Azərbaycan üçtərəfli əməkdaşlıq formatının əhəmiyyətinə toxunulub. Bildirilib ki, xarici işlər və müdafiə nazirlərinin görüşləri, eləcə də biznes forumları çərçivəsində əməkdaşlıq genişləndirilir.Hesabat dövründə keçirilən yüksək səviyyəli görüşlər və qarşılıqlı səfərlər zamanı Gürcüstanın Azərbaycan və Ermənistanla dövlət sərhədlərinin delimitasiya və demarkasiyası məsələlərinin də müzakirə olunduğu vurğulanıb.Qeyd edək ki, illik hesabat artıq Gürcüstan parlamentinə təqdim edilib. Baş nazir İrakli Kobaxidzenin iyunun sonunda sənədlə bağlı deputatlar qarşısında çıxış edəcəyi gözlənilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Millimiz Çexiyanı məğlub edib yarımfinala adlayıb

Next Article

Moninder Sinqh: Hindistan zikhləri fiziki məhv etməyə çalışır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Deputat: Azərbaycan-Özbəkistan münasibətləri yeni mərhələyə qədəm qoyub

Aysel Əlibəyli 24 Avqust 2026 · 12:35 1036 baxış Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri və Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ilk iclasının keçirilməsi iki ölkə arasında strateji tərəfdaşlığın yeni mərhələyə yüksəldiyini göstərir. Elpress.az xəbər […]

Tramp İlham Əliyevi G20 Liderlər Sammitinə dəvət edib

Aysel Əlibəyli 13 İyul 2026 · 11:42 1062 baxış ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 Liderlər Sammitinə xüsusi qonaq qismində dəvət edib. Elpress.az xəbər verir ki, Bu barədə Qırğızıstanın ABŞ-dakı […]