--:--:-- | 09 Avqust 2026, Bazar
Son Xəbər
Yüklənir...

Möhsin Rezai yeni vəzifəyə təyin edildi

Aysel Əlibəyli 09 Avqust 2026 · 23:31 1008 baxış

Keçmiş SEPAH komandanı İran Milli Təhlükəsizlik Ali Şurasının katibi oldu

Elpress.az xəbər verir ki, İranın keçmiş İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı Möhsin Rezai Milli Təhlükəsizlik Ali Şurasının katibi təyin edilib.İran Prezidentinin ofisinin yaydığı məlumata görə, qərar Prezident Məsud Pezeşkian tərəfindən imzalanan sərəncamla qəbul olunub. Rezai bu vəzifədə Məhəmməd Baqer Zülqəderi əvəz edib. Zülqəderin istefasından sonra onun siyasi məsələlər üzrə müşavir təyin edildiyi bildirilib.Möhsin Rezai eyni zamanda İranın ali rəhbəri Seyid Müctəba Hüseyni Xamenei tərəfindən Milli Təhlükəsizlik Ali Şurasında ali rəhbərin nümayəndəsi vəzifəsinə təyin olunub.72 yaşlı Rezai İranın tanınmış hərbi və siyasi xadimlərindən biridir. O, daha əvvəl SEPAH-a rəhbərlik edib və İranın ali rəhbərinin hərbi müşaviri vəzifəsində çalışıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Müstəqil ekspert sertifikatı almaq istəyənlər imtahan verib

Next Article

Tramp: İran iqtisadi böhran yaşayır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Finlandiyada nüvə silahı ehtimalı gündəmdə

Aysel Əlibəyli 29 İyun 2026 · 12:33 1114 baxış Finlandiyanın yeni addımı Rusiyanın diqqətində: NATO-nun nüvə çəkindirmə planları genişlənir Elpress.az-ın məlumatına əsasən, NATO-nun Rusiya sərhədlərinə yaxın bölgələrdə hərbi imkanlarını artırması ilə bağlı müzakirələr davam edir. […]

Ukrayna Silahlı Qüvvələrində azərbaycanlı rəis müavini təyin olundu

Aysel Əlibəyli 04 İyun 2026 · 16:13 1136 baxış Azərbaycan əsilli Gündüz Məmmədov Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hüquq-Mühafizə Xidmətində rəis müavini vəzifəsinə təyin olunub. Bu təyinatla o, qurumun hüquq-mühafizə sahəsində fəaliyyətinin daha da gücləndirilməsində mühüm […]