M4 avtomobil yolunun Cəngi qəsəbəsindən keçən hissəsində sürücülərin diqqətini artırmaq və nəqliyyat vasitələrinin sürətini azaltmaq məqsədilə yol nişanlanması aparılıb.
Elpress.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına görə, həmin ərazidə hərəkətin daha təhlükəsiz təşkili üçün xüsusi nişanlanma xətti çəkilib.
Görülən tədbirin yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin artırılmasına və qəza riskinin azaldılmasına xidmət etdiyi bildirilib.


