--:--:-- | 09 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Marneulidə azərbaycanlı gənclər üçün gürcü dili təlimləri keçirilir

Aysel Əlibəyli 09 Oktyabr 2026 · 21:07 1008 baxış

Marneulidə yaşayan azərbaycanlı gənclərin dil biliklərinin artırılması və cəmiyyətə inteqrasiyasının dəstəklənməsi istiqamətində tədris proqramı davam etdirilir.

Elpress.az xəbər verir ki, Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) yeni qəbul olunan gənclər üçün gürcü dili kursları təşkil olunur.

Dərslər ixtisaslı müəllimlər Lia Xaraişvili və Zülfinaz Əliyeva tərəfindən keçirilir. Tədris məşğələləri həftənin müxtəlif günlərini əhatə edir.

Lia Xaraişvilinin dərsləri bazar ertəsi saat 12:30-dan 13:30-dək, şənbə və bazar günləri isə saat 12:30-dan 14:30-dək keçirilir.

Zülfinaz Əliyevanın rəhbərlik etdiyi məşğələlər həftənin bazar ertəsi, çərşənbə və cümə günləri saat 13:00-dan 15:00-dək, şənbə və bazar günləri isə saat 13:00-dan 17:00-dək davam edir.

Kurslar gənclərin gürcü dilində ünsiyyət bacarıqlarının inkişaf etdirilməsinə, gündəlik həyatda dil imkanlarının genişləndirilməsinə və yaşadıqları cəmiyyətə daha fəal inteqrasiya etmələrinə xidmət edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakıda oktyabrın 11-də bir sıra yollarda hərəkət məhdudlaşdırılacaq

Next Article

İsveçdə azərbaycanlı deputat: “İnteqrasiya köklərdən imtina demək deyil”

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İsveçdə 6 azərbaycanlı soydaşımız mandat qazanıb

Aysel Əlibəyli 07 Oktyabr 2026 · 20:15 1046 baxış İsveçdə keçirilən növbəti ümumi seçkilərdə azərbaycanlı soydaşlarımız da uğur əldə ediblər. Müxtəlif siyasi partiyaların namizədləri olan 6 soydaşımız ölkənin parlament, regional və bələdiyyə qurumlarında təmsil olunmaq […]

Xaricdəki azərbaycanlı alimlər Bakıda bir araya gələcək

Aysel Əlibəyli 02 Oktyabr 2026 · 20:18 1056 baxış Xaricdə yaşayan azərbaycanlı alimlərin iştirakı ilə II Forum dekabrın 9-10-da Bakıda keçiriləcək. Tədbirin əsas hədəfi müxtəlif ölkələrdə çalışan alimlər arasında əlaqələri gücləndirmək və Azərbaycan elmi ilə […]

Azərbaycanlı gənc musiqiçilər Tbilisidə konsert veriblər

Aysel Əlibəyli 16 İyun 2026 · 00:22 1152 baxış Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının tələbələri Gürcüstanın paytaxtı Tbilisidə konsert proqramı ilə çıxış ediblər. Elpress.az xəbər verir ki, Tbilisi Vano Saracişvili adına Dövlət Konservatoriyasında […]

AzTU-da beynəlxalq müsabiqə: qalibə Berlin imkanı

Aysel Əlibəyli 03 İyul 2026 · 21:27 1174 baxış Elpress.az xəbər verir ki, Azərbaycan Texniki Universiteti (AzTU) və Alman Akademik Mübadilə Xidmətinin birgə təşkilatçılığı ilə universitetdə “Falling Walls Lab” beynəlxalq müsabiqəsi keçirilib. Tədbirin açılışında çıxış […]