--:--:-- | 16 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Mask Ukraynaya “Starlink” icazəsi verə bilər

Aysel Əlibəyli 31 Avqust 2026 · 17:05 1054 baxış

İlon Mask Ukraynanın Rusiyanın dərinliklərindəki hədəflərə zərbələr üçün “Starlink”dən istifadəsinə razı ola bilər

Elpress.az xəbər verir ki, Amerikalı sahibkar İlon Mask Ukraynanın Rusiyanın dərinliklərində yerləşən hərbi hədəflərə qarşı əməliyyatlarda “Starlink” sistemindən istifadəsinə icazə verməyə hazır olduğunu bildirib.“Financial Times”ın mənbələrə istinadən yaydığı məlumata görə, Mask Ukraynanın sabiq müdafiə naziri Mixail Fyodorova belə bir icazənin mümkün olduğunu, lakin qərarın siyasi xarakter daşıdığını və bunun üçün Ağ Evin təsdiqinin lazım gəldiyini deyib.

Məlumata əsasən, Kiyev “Starlink”lə təchiz edilmiş dronlardan Rusiyanın dərinliklərində yerləşən hədəflərə, o cümlədən raket buraxılış məntəqələrinə qarşı istifadə imkanını genişləndirmək istəyir. Daha əvvəl bu məqsədlə Rusiyanın ərazisinin 200 kilometrədək dərinliyində əməliyyatların mümkünlüyü müzakirə olunub. Ukraynanın bu imkanından istifadəsi ilə bağlı yekun qərarın ABŞ administrasiyasından asılı olduğu bildirilir. Məsələ ilə bağlı Fyodorov “Financial Times”a şərh verməkdən imtina edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Dövlət başçısı Qırğızıstanda işgüzar səfərdə

Next Article

Qırğız ekspert ŞƏT-in Bişkek toplantısını yüksək qiymətləndirib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

ABŞ-nin Azərbaycandakı səfirliyi bu gün işləməyəcək

Aysel Əlibəyli 12 Oktyabr 2026 · 10:30 1072 baxış ABŞ-nin Azərbaycandakı səfirliyi oktyabrın 12-də fəaliyyət göstərməyəcək. Elpress.az xəbər verir ki, diplomatik nümayəndəlik bu barədə sosial şəbəkə hesabında məlumat yayıb. Səfirliyin işinə fasilə ABŞ-də qeyd olunan […]

Yaponiyada güclü yağışla bağlı xəbərdarlıq edilib

Aysel Əlibəyli 30 Avqust 2026 · 12:17 1066 baxış Fukui prefekturasında 111 minə yaxın sakinə təxliyə çağırışı olunub Elpress.az xəbər verir ki, Yaponiyanın Fukui prefekturasında yağan güclü yağışlar səbəbindən təbii fəlakət riski artıb və əhaliyə […]

Rusiya və Ukrayna arasında 103 hərbi əsir dəyişdirilib

Aysel Əlibəyli 19 Avqust 2026 · 14:11 1062 baxış Əsir mübadiləsi BƏƏ-nin vasitəçiliyi ilə həyata keçirilib Elpress.az xəbər verir ki, Rusiya və Ukrayna arasında növbəti hərbi əsir mübadiləsi baş tutub.Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, […]