--:--:-- | 09 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Bakıda oktyabrın 11-də bir sıra yollarda hərəkət məhdudlaşdırılacaq

Aysel Əlibəyli 09 Oktyabr 2026 · 21:02 1010 baxış

Paytaxtda oktyabrın 11-də beynəlxalq tədbirə hazırlıqla əlaqədar nəqliyyatın hərəkəti üzrə təlim keçiriləcək. Sürücülərə səfərlərini əvvəlcədən planlaşdırmaq tövsiyə olunur.

Elpress.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, təlim nəqliyyat axınının təhlükəsiz və səmərəli idarə olunmasının təmin edilməsi məqsədi daşıyır.

Oktyabrın 11-də saat 08:00-dan 13:00-dək paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkəti müvəqqəti tənzimlənəcək.

Təlimin əhatə edəcəyi yollar aşağıdakılardır:

  • Mehdi Hüseyn küçəsi
  • İstiqlaliyyət küçəsi
  • Neftçilər prospekti
  • Zərifə Əliyeva küçəsi
  • Üzeyir Hacıbəyli küçəsi
  • İzzəddin Həsənoğlu küçəsi
  • Yusif Səfərov küçəsi
  • Heydər Əliyev prospekti
  • Gülarə Qədirbəyova küçəsi
  • Niyazi küçəsi

Nazirlik sürücülərə və digər yol hərəkəti iştirakçılarına həmin saatlarda mümkün sıxlığı nəzərə almağı, səfərlərini əvvəlcədən planlaşdırmağı və alternativ marşrutlardan istifadə etməyi tövsiyə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

AZAL-ın Moskva reysi Sankt-Peterburqa yönləndirildi

Next Article

Marneulidə azərbaycanlı gənclər üçün gürcü dili təlimləri keçirilir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

AMEA-nın həqiqi üzvü Əjdər Məcidov vəfat etdi

Aysel Əlibəyli 08 İyul 2026 · 14:41 1108 baxış Azərbaycan elminə dəyərli töhfələr vermiş AMEA-nın həqiqi üzvü, tanınmış akademik Əjdər Məcidov 88 yaşında dünyasını dəyişib. Elpress.az xəbər verir ki, Akademik Əjdər Məcidov bu gün səhər […]