--:--:-- | 09 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

AZAL-ın Moskva reysi Sankt-Peterburqa yönləndirildi

Aysel Əlibəyli 09 Oktyabr 2026 · 20:38 1018 baxış

Rusiya hava məkanında tətbiq edilən məhdudiyyətlər AZAL-ın Bakı–Moskva uçuşlarında dəyişikliklərə səbəb olub. Bir təyyarə Sankt-Peterburqa məcburi eniş edib, digər reys isə Bakıya geri dönüb.

Elpress.az xəbər verir ki, 9 oktyabr üçün nəzərdə tutulan Bakı–Moskva–Bakı istiqamətindəki bir neçə uçuşun qrafiki dəyişdirilib.

Səhər saatlarında J2-185 nömrəli Bakı–Moskva reysi Sankt-Peterburqa eniş etməli olub. Hava məkanında yenidən məhdudiyyətlər tətbiq edildiyindən təyyarənin Bakıya qayıtması da mümkün olmayıb.

Eyni istiqamətdə hərəkət edən J2-805 nömrəli təyyarə isə Heydər Əliyev Beynəlxalq Aeroportuna geri dönüb.

Baş verən dəyişikliklər axşam uçuşlarının planlaşdırılmasına da təsir göstərib. Nəticədə J2-186 və J2-806 nömrəli Moskva–Bakı reysləri təxirə salınıb.

AZAL yaranmış vəziyyətlə bağlı əməliyyatları izlədiyini, sərnişinlərə lazımi dəstəyin göstərilməsi üçün tədbirlər gördüyünü bildirib. Uçuş cədvəlindəki yeniliklər barədə sərnişinlərə aviaşirkətin rəsmi informasiya kanalları vasitəsilə məlumat veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“İrşad Electronics”in keçmiş şöbə rəhbəri cinayət məsuliyyətinə cəlb olunub

Next Article

Bakıda oktyabrın 11-də bir sıra yollarda hərəkət məhdudlaşdırılacaq

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Füzulidə qəza: ANAMA əməkdaşı həyatını itirib

Aysel Əlibəyli 31 Avqust 2026 · 17:14 1048 baxış “Mercedes” idarəetmədən çıxaraq ağaclara çırpılıb, sürücü hadisə yerində ölüb Elpress.az xəbər verir ki, Füzuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Qəza rayonun Molla Məhərrəmli kəndi ərazisində […]

Masallıda zibil poliqonunda yanğın

Aysel Əlibəyli 01 Avqust 2026 · 14:48 1060 baxış Masallıda poliqonda başlayan yanğının əkin sahələrinə keçmə riski var Elpress.az xəbər verir ki, Masallı rayonunda yerləşən zibil poliqonunda yanğın baş verib.Yanğın nəticəsində ərazi üzərində güclü tüstü […]

Qara dənizdə gəmi dron hücumuna məruz qalıb

Aysel Əlibəyli 10 Sentyabr 2026 · 14:59 1042 baxış Hücum nəticəsində iki Azərbaycan vətəndaşı ölüb, daha iki nəfər yaralanıb Elpress.az xəbər verir ki, Qara dənizdə heyətində Azərbaycan vətəndaşlarının da olduğu xarici yük gəmisinə dronlarla hücum […]

Odessadakı gəmidən 10 azərbaycanlı təxliyə olundu

Aysel Əlibəyli 16 İyul 2026 · 18:01 1070 baxış Ukraynanın Odessa sahilləri yaxınlığında hücuma məruz qalan “Atlas Bey” mülki ticarət gəmisinin heyətində olan Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması istiqamətində tədbirlər davam edir. Elpress.az xəbər verir ki, […]