--:--:-- | 29 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

İranın 6 milyard dolları geri qaytarılır

Aysel Əlibəyli 29 İyun 2026 · 13:08 1124 baxış

Sanksiyalar zəifləyir, dondurulmuş vəsaitlər azad olunur: Tehran yeni mərhələdən danışır

Elpress.az-ın məlumatına əsasən, İran Prezidenti Məsud Pezeşkian ölkəsinin iqtisadi vəziyyəti və beynəlxalq danışıqlarla bağlı mühüm açıqlamalar verib.Qum şəhərinə səfəri zamanı çıxış edən Prezident bildirib ki, son atəşkəs və əldə olunan sülh razılaşması İran üçün mühüm nəticələr yaradıb. Onun sözlərinə görə, razılaşma çərçivəsində İranın neft və neft-kimya sektorlarına tətbiq edilən bir sıra məhdudiyyətlər aradan qaldırılıb, eyni zamanda xaricdə dondurulmuş maliyyə vəsaitlərinin ölkəyə qaytarılması istiqamətində irəliləyiş əldə olunub.Pezeşkian qeyd edib ki, Qətərdə saxlanılan İran aktivlərinin bir hissəsi olan 6 milyard dolların geri qaytarılması ilə bağlı razılıq əldə edilib. O bildirib ki, bu məbləğ ümumilikdə 12 milyard dollar həcmində olan dondurulmuş vəsaitlərin bir hissəsini təşkil edir və qalan vəsaitlərin də ölkəyə qaytarılması üçün danışıqlar davam etdirilir.İran liderinin sözlərinə görə, aktivlərin blokdan çıxarılması və sanksiyalarla bağlı əldə olunan razılaşmalar İsveçrədə keçirilən danışıqlar, eləcə də tərəflər arasında imzalanmış memorandumlar çərçivəsində mümkün olub.Prezident çıxışında İranın nüvə proqramına da toxunaraq, ölkəsinin nüvə silahı əldə etmək niyyətində olmadığını bir daha vurğulayıb. O bildirib ki, İranın fəaliyyəti yalnız milli ehtiyaclara və rəsmi şəkildə bəyan edilən siyasətə uyğun şəkildə həyata keçirilir.Pezeşkian həmçinin iddia edib ki, beynəlxalq vasitəçilik nəticəsində müəyyən tərəflər əldə olunmuş razılaşmanı qəbul etməyə məcbur qalıb. Onun sözlərinə görə, razılaşmaya qarşı çıxan qüvvələr olsa da, Tehran prosesin davam etdirilməsində maraqlıdır.İran Prezidenti əlavə edib ki, hökumət artıq müharibədən sonrakı bərpa proqramları üzərində işləyir. Bu çərçivədə əhaliyə sosial dəstəyin gücləndirilməsi, xüsusilə ərzaq subsidiyalarının maliyyələşdirilməsinin artırılması istiqamətində addımlar atılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

DÇ azarkeş zonasına atəş açıldı

Next Article

Azərbaycanda kriptoaktivlərlə bağlı yeni tələb: lisenziya məcburi olacaq

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Xi Jinping Şimali Koreyaya nadir səfər edir

Aysel Əlibəyli 06 İyun 2026 · 14:07 1180 baxış Xi Jinping gələn həftə Şimali Koreyaya səfər edəcək və bu, təxminən 7 ildən sonra onun ilk səfəri olacaq. Səfər çərçivəsində o, Kim Jong Un ilə görüşəcək. […]

ABŞ-dən Afrikada diplomatik ixtisar qərarı

Aysel Əlibəyli 02 İyun 2026 · 11:07 1167 baxış ABŞ administrasiyası Afrikada viza xidmətləri göstərən səfirlik və konsulluqlarının sayını nəzərəçarpacaq dərəcədə azaltmağa hazırlaşır. Planın diplomatik şəbəkənin yenidən təşkili və fəaliyyətin daha effektiv qurulması məqsədi daşıdığı […]

Ukraynaya gecə zərbələri: ölən və yaralananlar var

Aysel Əlibəyli 25 Avqust 2026 · 09:02 1068 baxış Rusiya qüvvələrinin Ukraynaya gecə saatlarında həyata keçirdiyi zərbələr nəticəsində Zaporojye və Xarkov şəhərlərində ölənlər var. Elpress.az xəbər verir ki, Zaporojye vilayət administrasiyasının rəhbəri İvan Fedorovun sözlərinə […]