--:--:-- | 05 Noyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

ABŞ-dən Afrikada diplomatik ixtisar qərarı

Aysel Əlibəyli 02 İyun 2026 · 11:07 1221 baxış

ABŞ administrasiyası Afrikada viza xidmətləri göstərən səfirlik və konsulluqlarının sayını nəzərəçarpacaq dərəcədə azaltmağa hazırlaşır. Planın diplomatik şəbəkənin yenidən təşkili və fəaliyyətin daha effektiv qurulması məqsədi daşıdığı bildirilir.

Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, hazırda viza müraciətlərini qəbul edən 50 diplomatik nümayəndəliyin sayının 20-yə endirilməsi nəzərdə tutulur. Dəyişikliklərin yaxın həftələr ərzində qüvvəyə minəcəyi gözlənilir.Bununla belə, sözügedən səfirlik və konsulluqlar fəaliyyətlərini davam etdirəcək, ABŞ vətəndaşlarına konsulluq xidmətləri göstərəcək, həmçinin xüsusi hallarda viza müraciətlərini qəbul edib qiymətləndirəcəklər.AP agentliyinin məlumatına görə, bu qərar Vaşinqtonun immiqrasiya siyasətinin sərtləşdirilməsi, eləcə də viza müddəti başa çatdıqdan sonra ölkədə qanunsuz yaşayan şəxslərə qarşı mübarizə tədbirlərinin bir hissəsi hesab olunur.Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp administrasiyası son aylarda immiqrasiyaya nəzarətin gücləndirilməsi və daha sərt məhdudiyyətlərin tətbiqi ilə bağlı mövqeyini dəfələrlə açıqlayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Enerji sektorunda sabitlik sual altındadır

Next Article

20 Ballıq Cərimə Həddi Artırılır?

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Tramp özünü ABŞ tarixinin ən böyük prezidenti elan edib

Aysel Əlibəyli 28 Avqust 2026 · 09:03 1108 baxış ABŞ Prezidenti Donald Tramp özünü ölkə tarixinin ən böyük prezidenti hesab etdiyini bildirib. Elpress.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində ABŞ prezidentləri […]

Cənubi Filippin silkələndi: 7,8 bal

Aysel Əlibəyli 08 İyun 2026 · 19:42 1136 baxış Filippində 7,8 bal gücündə güclü zəlzələ baş verib: Ölənlərin sayı 32-yə çatıb, yaralıların və dağıntılar altında qalanların olduğu bildirilir, xilasetmə və axtarış işləri bölgədə fasiləsiz şəkildə […]

Tramp: “Türkiyə F-35 qırıcılarını alacaq”

Aysel Əlibəyli 08 İyul 2026 · 15:01 1134 baxış ABŞ Prezidenti Donald Trump Türkiyənin yaxın vaxtlarda Lockheed Martin F-35 Lightning II qırıcılarını əldə edəcəyini açıqlayıb. Elpress.az məlumat verir ki, Donald Tramp bu açıqlamanı Ankarada keçirilən […]

Ukraynanın hücumlarında 5 nəfər ölüb

Aysel Əlibəyli 29 İyul 2026 · 10:59 1112 baxış Ukraynanın Rusiyanın bir neçə vilayətinə endirdiyi zərbələr nəticəsində 5 nəfər həlak olub, 54 nəfər yaralanıb. Elpress.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Belqorod, Ryazan və […]