--:--:-- | 24 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

İran Ukraynaya sərt xəbərdarlıq etdi: “Bu hücum cavabsız qalmayacaq

Aysel Əlibəyli 26 İyul 2026 · 18:15 1102 baxış

İran rəsmiləri Xəzər dənizində ticarət gəmisinə edilən hücumla bağlı Ukraynaya sərt xəbərdarlıq edərək hadisənin cavabsız qalmayacağını bəyan ediblər.

Elpress.az xəbər verir ki, İran Parlamenti sədrinin müavini Əli Nikzad bildirib ki, ölkəyə və onun maraqlarına qarşı yönələn hər hansı hücum silahlı qüvvələrin qanuni cavab tədbirlərinə səbəb olacaq.

Onun sözlərinə görə, Ukraynanın atdığı addım ciddi nəticələr doğura bilər və Tehran bu hadisəyə lazımi cavabı vermək niyyətindədir.

Məlumata əsasən, İranın ticarət gəmisi Xəzər dənizində hücuma məruz qalıb. Hadisə nəticəsində bir neçə ekipaj üzvünün yaralandığı bildirilir.

Baş verən olaydan sonra Ukraynanın Tehrandakı müvəqqəti işlər vəkili İran Xarici İşlər Nazirliyinə çağırılıb. İran tərəfi rəsmi etirazını çatdıraraq, hücumu beynəlxalq hüququn pozulması və bölgədə gərginliyi artıran addım kimi qiymətləndirib.

Rəsmi Tehran bildirib ki, İran vətəndaşlarının təhlükəsizliyinə yönəlmiş hər hansı təhdidə qarşı lazımi tədbirlər görüləcək. ABŞ-ın da son günlər Qara dənizdə baş verən hadisələrlə bağlı Ukraynaya xəbərdarlıq etdiyi xatırladılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Sabahdan güclü külək: Bakıya və bölgələrə hava xəbərdarlığı edildi

Next Article

Nəriman Həsənzadənin vəziyyəti ağırlaşıb, yenidən süni tənəffüs aparatına qoşulub

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Paşinyanın Rusiyaya səfəri gözlənilir

Aysel Əlibəyli 24 Sentyabr 2026 · 14:53 1088 baxış Peskov səfərin yaxın vaxtlarda keçiriləcəyini, dəqiq tarixin isə razılaşdırılmadığını bildirib Elpress.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın yaxın vaxtlarda Rusiyaya səfər etməsi gözlənilir.Rusiya Prezidentinin […]

Çin asteroidi vurmağa hazırlaşır

Aysel Əlibəyli 20 İyul 2026 · 17:07 1130 baxış Çin asteroidin trayektoriyasını dəyişmək üçün yeni kosmik missiya planlaşdırır Elpress.az xəbər verir ki, Çin alimləri asteroidin hərəkət trayektoriyasını dəyişdirmək məqsədilə yeni kosmik missiya hazırlayırlar. Məlumata görə, […]