--:--:-- | 08 Oktyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Rusiya-Ukrayna savaşında sülh siqnalı: Tərəflər münaqişəni bitirmək istəyir

Aysel Əlibəyli 06 İyul 2026 · 18:55 1138 baxış

Trampdan diqqətçəkən açıqlama: Rusiya və Ukrayna sülhə yaxınlaşıb, məsələ NATO sammitində masaya yatırılacaq

Elpress.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi brifinq zamanı Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində mühüm irəliləyişlərin əldə oluna biləcəyini bildirib. Onun sözlərinə görə, hazırkı mərhələdə həm Rusiya Prezidenti Vladimir Putin, həm də Ukrayna Prezidenti Volodimir Zelenski münaqişənin sona çatdırılmasında maraqlıdır.Tramp qeyd edib ki, aparılan danışıqlar müsbət istiqamətdə davam edir və vəziyyət insanların düşündüyündən daha ümidvericidir. O, Vladimir Putinlə baş tutan telefon danışığını da xatırladaraq həmin söhbətin məhsuldar keçdiyini vurğulayıb.”İnanıram ki, biz insanların düşündüyündən daha çox sülhə yaxınlaşmışıq. Putin bu münaqişənin başa çatmasını istəyir və bunu qətiyyətlə deyə bilərəm. Onunla çox yaxşı telefon danışığımız oldu. Zelenski də artıq həqiqətən müharibənin bitməsini istəyir. Qarşıdakı NATO sammitində bu məsələni geniş şəkildə müzakirə edəcəyik. Ümid edirəm ki, birgə səylərlə bu münaqişəyə son qoya biləcəyik”, – deyə Tramp bildirib.ABŞ prezidentinin açıqlaması Rusiya-Ukrayna müharibəsinin gələcək taleyi ilə bağlı beynəlxalq ictimaiyyətdə ümidləri artırıb. Gözlər indi NATO sammitində aparılacaq müzakirələrə və veriləcək qərarlara yönəlib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Masallıda 3 tondan çox yararsız ət dövriyyədən çıxarıldı

Next Article

FHN-dən çimərliyə gedənlərə vacib xəbərdarlıq

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Rusiyanın Suriyadakı təsiri azalır, Türkiyənin rolu artır

Aysel Əlibəyli 12 Sentyabr 2026 · 16:54 1042 baxış Moskvanın hərbi mövqelərinin zəifləməsi Ankara üçün yeni imkanlar yaradır, İsrail isə Türkiyənin artan təsirindən narahatdır Elpress.az xəbər verir ki, Rusiyanın Suriyadakı hərbi mövcudluğunu azaltması bölgədə yeni […]

Qaqik Tsarukyan barəsində həbs qərarı verildi

Aysel Əlibəyli 07 İyul 2026 · 22:18 1136 baxış Ermənistanda müxalifət lideri həbs olundu: Məhkəmə Tsarukyan barədə qərar çıxardı Elpress.az məlumat verir ki, Ermənistanda müxalif “Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqik Tsarukyan barəsində məhkəmə tərəfindən iki […]

Aİ-dən Əlcəzair aviaşirkətinə uçuş qadağası

Aysel Əlibəyli 09 İyun 2026 · 22:31 1126 baxış Avropa Komissiyası Əlcəzairin “Air Express Algeria” aviaşirkətini Avropa İttifaqının hava təhlükəsizliyi üzrə qara siyahısına daxil edib. Elpress.az əl-cəzirə- yə istinadən xəbər verir ki, qərardan sonra aviaşirkətin […]