--:--:-- | 26 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Britaniya səfiri: Azərbaycanla süni intellekt sahəsində yeni layihələr olacaq

Aysel Əlibəyli 11 Sentyabr 2026 · 15:21 1070 baxış

Dunkan Norman iki britaniyalı nazirin yaxın aylarda Azərbaycana səfər edəcəyini açıqlayıb

Elpress.az xəbər verir ki, Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman iki ölkə arasında münasibətlərin qarşıdakı illərdə daha da inkişaf edəcəyini bildirib.Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində danışan səfir qeyd edib ki, Azərbaycan-Britaniya əlaqələrinin 10 ildən sonra indiki səviyyədən daha yüksək mərhələyə çatacağı gözlənilir.Onun sözlərinə görə, gələcəkdə Azərbaycanda daha çox Britaniya şirkətinin fəaliyyət göstərməsi, təhlükəsizlikdən iqtisadi inkişafa qədər müxtəlif istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı səfərlərin artırılması nəzərdə tutulur.Dunkan Norman bildirib ki, ilk növbədə iki ölkə arasında strateji tərəfdaşlıq məsələsi yekunlaşdırılmalı və müvafiq sənəd imzalanmalıdır. Səfir bunun yaxın gələcəkdə baş verəcəyinə ümid etdiyini deyib.O əlavə edib ki, bundan sonra bir sıra yeni birgə layihələrin həyata keçirilməsi planlaşdırılır. Bu layihələr arasında süni intellekt və texnologiya sahəsində əməkdaşlıqların da yer alacağı bildirilib.Səfir həmçinin yaxın bir ay ərzində iki Britaniya nazirinin Azərbaycana səfər edəcəyini açıqlayıb. Onun sözlərinə görə, nazirlərdən biri sentyabrın sonunda, digəri isə oktyabr ayında ölkəyə səfər edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Gürcüstanda əcnəbilər universitetlərə imtahansız qəbul oluna biləcəklər

Next Article

Nazir müavini: Köçürülənlərin 7 915-i real vakansiyalar üzrə işlə təmin edilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Paşinyan: Azərbaycan və Türkiyə ilə münasibətlərdə irəliləyiş var

Aysel Əlibəyli 01 Sentyabr 2026 · 15:13 1072 baxış Ermənistan Azərbaycan və Türkiyə ilə dövlətlərarası əlaqələrin qurulması istiqamətində addımlar atır Elpress.az xəbər verir ki, Ermənistan Azərbaycan və Türkiyə ilə dövlətlərarası münasibətlərin formalaşdırılması istiqamətində irəliləyiş əldə […]

Türkiyə XİN-dən Azərbaycana təbrik

Aysel Əlibəyli 18 Oktyabr 2026 · 12:25 1074 baxış Türkiyənin Xarici İşlər Nazirliyi Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik paylaşımı yayıb. Elpress.az xəbər verir ki, nazirliyin “X” sosial şəbəkəsindəki rəsmi hesabında qardaş ölkənin müstəqilliyinin bərpasının […]

Prezidentdən gənc nəslə mühüm mesaj

Aysel Əlibəyli 15 İyul 2026 · 18:38 1088 baxış Prezident İlham Əliyev milli birlik, müstəqillik və gələcək nəsillərin vətənpərvərlik ruhunda yetişdirilməsinin vacibliyini vurğulayıb Elpress.az xəbər verir ki , Prezident İlham Əliyev Şuşada keçirilən IV Şuşa […]