--:--:-- | 14 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Almaniyada iyunda suda boğulanların sayı son 23 ilin rekordunu yenilədi

Aysel Əlibəyli 12 İyul 2026 · 21:09 1142 baxış

Almaniyada iyun ayında qeydə alınan suda boğulma halları son 23 ilin eyni dövrü üzrə ən yüksək səviyyəyə çatıb.

Elpress.az xəbər verir ki, Almaniyada iyun ayı ərzində 99 nəfər suda boğularaq həyatını itirib. Bu göstərici 2003-cü ildən bəri iyun ayı üzrə qeydə alınan ən yüksək rəqəm hesab olunur. Sonuncu dəfə 2003-cü ilin iyununda 107 nəfər suda boğulmuşdu.Məlumata görə, ölüm hallarının əksəriyyəti göllərdə və çaylarda baş verib. Statistikaya əsasən, suda boğularaq ölənlərin 90 faizindən çoxunu kişilər təşkil edib. Gənclər arasında qeydə alınan bütün ölüm hallarında da zərərçəkənlərin kişi olduğu bildirilib.Həlak olanlardan 40 nəfərin yaşı 30-dan aşağı, 35 nəfərin yaşı isə 50-dən yuxarı olub. Ən çox ölüm hadisəsi Şimali Reyn-Vestfaliya (22 nəfər), Bavariya (21 nəfər) və Baden-Vürtemberq (13 nəfər) əyalətlərində qeydə alınıb.Mütəxəssislər bildirirlər ki, isti hava şəraiti insanların çay, göl və digər su hövzələrinə axınını artırır ki, bu da boğulma riskini yüksəldir. Onların sözlərinə görə, xüsusilə çaylarda güclü axınlar, suyun temperatur fərqi və təhlükənin düzgün qiymətləndirilməməsi faciəvi nəticələrə səbəb ola bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Mingəçevir ərazisində boğularaq həyatını itirib.

Next Article

Rotterdamlı Erazm Martin Lüterə niyə qoşulmamışdı?

Bəlkə də, sizin üçün maraqlı olar ...;

KXDR yeni silah sistemini uğurla sınaqdan keçirib

Aysel Əlibəyli 22 Sentyabr 2026 · 05:53 1088 baxış Kim Çen In sınaqları izləyib və yeni texnologiyanın silahlı qüvvələrin yenilənməsi baxımından əhəmiyyətini vurğulayıb Elpress.az xəbər verir ki, Koreya Xalq Demokratik Respublikasının Raket Baş İdarəsi yeni […]

Uşaqlara uyğun olmayan görüntülərin göndərilməsinə məhdudiyyət

Aysel Əlibəyli 08 İyun 2026 · 16:04 1124 baxış Böyük Britaniya hökuməti azyaşlıların internet üzərindən uyğun olmayan məzmun paylaşmasının qarşısını almaq məqsədilə texnologiya şirkətləri qarşısında yeni tələblər irəli sürüb. Baş nazir Keir Starmer bildirib ki, […]