--:--:-- | 29 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Günəş tutulması İspaniyanı qaranlığa bürüdü

Aysel Əlibəyli 13 Avqust 2026 · 12:34 1070 baxış

12 avqust 2026-cı ildə İspaniyada nadir astronomik hadisə baş verib. Tam Günəş tutulması ölkənin bir sıra ərazilərindən aydın şəkildə müşahidə olunub.

Elpress.az xəbər verir ki, Hadisə zamanı Ay Günəşlə Yer arasından keçərək Günəşin diskini tamamilə örtüb. Nəticədə tutulmanın tam müşahidə olunduğu ərazilərdə gündüz saatlarında qısa müddətlik qaranlıq yaranıb və səma üzərində Günəşin parlaq tacı görünüb.

Tam tutulmanın bəzi bölgələrdə təxminən iki dəqiqə davam etdiyi bildirilib. Xüsusilə İspaniyanın müxtəlif ərazilərində hadisəni izləmək üçün çox sayda insan küçələrə çıxıb və nadir anları kameralarla qeydə alıb.Günəş tutulması zamanı temperaturun aşağı düşməsi və ətraf mühitin qısa müddət ərzində dəyişməsi də müşahidə olunub.

Hadisə astronomiya həvəskarları ilə yanaşı, adi vətəndaşların da böyük marağına səbəb olub.

Qeyd edək ki, İberiya yarımadasında bundan əvvəl tam Günəş tutulması uzun illər əvvəl müşahidə olunub. 12 avqustda baş verən tutulma isə regionda uzun müddətdən sonra müşahidə edilən ən diqqətçəkən astronomik hadisələrdən biri kimi qiymətləndirilir.

Mütəxəssislər Günəş tutulmasına adi gözlə birbaşa baxmağın gözlər üçün təhlükəli olduğunu bildirirlər. Belə hadisələri yalnız xüsusi qoruyucu eynəklərdən istifadə etməklə izləmək tövsiyə olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakıda sərnişin avtobusu alovlandı

Next Article

Azərbaycanda meteor yağışı müşahidə edildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Ukraynanın hücumlarında 5 nəfər ölüb

Aysel Əlibəyli 29 İyul 2026 · 10:59 1064 baxış Ukraynanın Rusiyanın bir neçə vilayətinə endirdiyi zərbələr nəticəsində 5 nəfər həlak olub, 54 nəfər yaralanıb. Elpress.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Belqorod, Ryazan və […]

ABŞ və İran atəşkəsin uzadılmasına razılaşıb

Aysel Əlibəyli 12 Avqust 2026 · 15:02 1050 baxış Tərəflər 60 günlük atəşkəsin müddətinin artırılması üçün vasitəçilərə razılıqlarını çatdırıblar Elpress.az xəbər verir ki, ABŞ və İran arasında qüvvədə olan atəşkəsin müddətinin uzadılması ilə bağlı razılıq […]

Ukrayna 250-dən çox rusiyalı hərbçini əsir götürüb

Aysel Əlibəyli 28 Sentyabr 2026 · 14:13 1086 baxış “Vivaldi” əməliyyatının üçüncü mərhələsinin başa çatdığı bildirilib Elpress.az xəbər verir ki, Ukrayna ordusu əks-hücum əməliyyatı çərçivəsində 250-dən çox rusiyalı hərbçini əsir götürdüyünü açıqlayıb.Ukrayna Silahlı Qüvvələrinin Üçüncü […]

Novorossiyskdə iki taxıl terminalı fəaliyyətini dayandırıb

Aysel Əlibəyli 12 Avqust 2026 · 13:24 1068 baxış Ukraynanın PUA hücumundan sonra Rusiyanın iri taxıl terminallarında əməliyyatlar dayandırılıb Elpress.az xəbər verir ki, Rusiyanın Novorossiysk limanında iki böyük taxıl terminalının fəaliyyəti Ukraynanın PUA hücumlarından sonra […]